Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4502/2023 10.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü bacısı X5 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X14 xx.xx.2022-ci ildə vəfat edib. Atası ilə anasının birgə rəsmi nikahlarından 4 uşaqları olmuşdur. 30 yanvar 1991-ci ildə dünyaya gəlmiş bacısı X9 xx.xx.1991-ci ildə Gəncə şəhərində vəfat edib. Lakin həmin vaxt hansısa səbəbdən valideynlərinin ölüm şəhadətnaməsini almayıblar. Atasından miras qalmış mülkə dair vərəsəlik əməliyyatı aparmaq mümkün olmur. Bunun üçün tələb olunan sənədlərdən vərəsələrin şəxsiyyət vəsiqələri və doğum şəhadətnamələri, ölmüş vərəsələrin isə ölüm şəhadətnaməsi tələb olunur. Bacısının ölüm haqqında şəhadətnamənin alınması üçün Gəncə şəhəri Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi ölüm şəhadətnaməsini verə bilmədiyi barədə məktub vermişdir. Həmçinin Gəncə şəhəri A.Səhhət Xəstəxanasından və Milli Arxiv İdarəsinin Gəncə Filialından da bildirilmişdir ki, bacısının ölümü haqda orada heç bir məlumat yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan 2 X23 “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X1 vərəsələri: oğlu- X10 (xx.xx.1989), qızı- X9 (xx.xx.1991), qızı- X8 (xx.xx.1992) və qızı- Ərizəçi (xx.xx.2000). İş materiallarında olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini X15 X25 Şəhər Birləşmiş Xəstəxanasi Phş xx.xx.2023-cü il rarixli arayışından görünür ki, Gəncə şəhər A.Səhhət xəstəxanasının arxiv bölməsində 1991-ci il tarixlərə aid olan arxiv sənədləri ləğv olunduğu üçün X5 ölməsi barədə hər hansı bir məlumat tapılmamışdır. İş materiallarında olan Milli Arxiv idarəsinin Gəncə filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli 2 X23 «Asan Xidmət» Mərkəzindən ünvanlanmış, vətəndaş X5 xx.xx.1991-ci ildə ölüm qeydi barədə sorğusuna cavab olaraq bildirilir ki, 1991-ci il üzrə ölüm qeydlərinin aktları X20 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.1991-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş X9 atası X14, anası X2r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, verilir X3 ondan ötrü ki, həqiqətən Göygöl rayon Hacıməlik qəsəbə qəbirstanlığında qızı 01 yanvar 1991-ci il tarixdə anadan olmuş qızı X9 16 mart 1991-ci ildə vəfat edib Hacıməlik qəbirstanlığında dəfn olunub. İş materiallarında olan xx.xx.1991-ci il təvəllüdlü doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X5 atası X14, anası X4r. “Elektron məhkəmə” sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, xx.xx.2000-ci il təvəllüdlü Ərizəçi atası X14, anası X4r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, onun Vüsal, Aygün, Tovuz və Vəfa adlı dörd uşağı olub. Tovuz onun qızıdır. Vəfa xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulub, xx.xx.1991-ci ildə Gəncə şəhərində vəfat edib. Hacıməlik qəbristanlığında dəfn olunub. Yoldaşı mərmər sexində işlədiyi üçün uşağa baş daşı qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, Tovuz onun qardaşı qızıdır. Qardaşının dörd uşağı olub, adları Aygün, Vüsal və Tovuz. Dördüncü uşağı 1991-ci ilin yanvar ayında doğulub, 1991-ci ilin mart ayında ölmüşdür. Hacıməlik qəbristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, Tovuz onun bacısı qızıdır. Bacısının dörd uşağı olub - Vüsal, Aygün, Tovuz və Vəfa, Vəfa vəfat edib. Vəfa 1993-cü ildə 3 ayı tamam olmadan vəfat edib, Hacıməlik qəbristanlığında dəfn olunub. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş X5 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum bacısı xx.xx.1991-ci il təvəllüdlü bacısı X7 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1991-ci il təvəllüdlü bacısı X5 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş X5 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4502/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4502/2023
10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver