Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4510/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1981-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı Ərizəçi məhkəməyə ərizə vərərək maraqlı şəxs Binəqədi rayon Qeydiyyat şöbəsini Maraqlı şəxs ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, qardaşı xx.xx.1981-ci il təvəllüdlü X2 vəziyyəti xx.xx.2022-ci il tarixdə qəflətən pisləşmiş, təcili yardım çağırılsa da, həkimlər gələnədək o, dünyasını dəyişmiş, həmin tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum qardaşı Nizami Qubiyev Bakı şəhəri Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Onun vəfatından sonra hüquqmüəyyənedici sənəd hesab olunan ölüm haqqında şəhadətnamənin alınması məqsədilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, şöbənin 3-16-5/8-13-367/23 saylı, xx.xx.2023-cü il tarixli cavabı ilə ölüm barədə həkim şəhadətnaməsi olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. Mərhum qardaşı Nizami Qubiyevin qeyd olunan tarixdə və yerdə vəfat etməsi Təcili və X5 Stansiyasının xəbardarlıq vərəqəsi, Bakı şəhər, Suraxanı rayonu, Zığ Bələdiyyəsi sədrinin verdiyi arayış ilə sübut olunur. Ölüm haqqmda şəhadətnamə yaranmış əmlak hüquqlarının əmələ gəlməsi, həmin hüquqların dəyişməsi və onlara xitam verilməsi üçün əsas olduğundan, hüquqi sənəd hesab olunan mərhum qardaşı Nizami Qubiyevə ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyindən onun ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- İV-Tİİ 420053 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1981-ci ildə Gürcüstan Bolinisi rayonunda anadan olmuş, atası X1 qeyd olunmuşdur. Vİİ-Tİ 453466 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X1 qeyd olunmuşdur. Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:25-də X3 həkimə qədər ölümü müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayonu, Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 208 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixində vəfat etmiş, D.Qorqud qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13- 367/23 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. AZE 16351445 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1981-ci ildə Gürcüstan, Bolnisi rayonunda anadan olmuşdur. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X3 xx.xx.2022-ci ildə öldüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin qardaşı X6 xx.xx.2022-ci ildə Bakı şəhərində ölmüşdür. Göründüyü kimi, ərizəçi qardaşı X3 ölməsi faktını təsdiq edən lazımı sənədi əldə edə bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin qardaşı X3 xx.xx.2022-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1981-ci ildə anadan olmuş X3 xx.xx.2022-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4510/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4510/2023
02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver