Məhkəmə qərarları › İş №2(125)-4510/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4510/2025

01.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4510/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs nikahları 22 oktyabr 2012ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə əkiz övladları X9 və X11, xx.xx.2021-ci il tarixdə X10 və xx.xx.2022-ci il tarixdə X7 anadan olmuşdur. Ailə qurduqları ilk günlərdə mehriban yaşamışlar. Lakin, sonradan cavabdeh Maraqlı şəxs ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmalı olmuşlar. O, uşaqlarını götürüb, ata evinə aparmışdır. Gəncə 1 saylı Mediyasiya Təşkilatının X2 iştirakı ilə ( Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M- 00540) 17 yanvar 2025-ci il tarixli MŞG/1/MT007/2025-02597 nömrəli (Mediyasiya Şurası №0064593) “Barışıq Sazişi” bağlamışlar. Gəncə 1 saylı Mediasiya Təşkilatınnın X2 iştirakı ilə bağladıqları 17 yanvar 2025-ci il tarixli “Barışıq Sazişi”- nə görə Maraqlı şəxs və Ərizəçi Kəmallədin qızının birgə nikahlarından xx.xx.2016-cı il tarixdə əkiz doğulmuş X9 və X11, xx.xx.2021-ci il tarixdə doğulmuş X10 və xx.xx.2022-ci il tarixdə doğulmuş X7 adlarında dörd uşağın analarının yanında qalmaları və həmin uşaqların ataları ilə hər həftənin şənbə və bazar günləri olmaqla həftədə iki dəfədən az olmayaraq ünsiyyətin təmin edilməsi öhdəliyi və ikinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları xx.xx.2016-cı il tarixdə doğulmuş X9 və xx.xx.2016-cı il tarixdə doğulmuş X11, xx.xx.2021-ci il tarixdə doğulmuş X10 və xx.xx.2022-ci il tarixdə doğulmuş X7 üçün Ərizəçi Kəmallədin qızına hər uşaq üçün 50 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürmüşdür. “Barışıq Sazişinin “8-ci bəndində isə qeyd edilmişdir ki, sazişin könüllü icrasından imtina olunarsa tərəflərin biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bundan başqa o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1959/2025 nömrəli qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdeh Maraqlı şəxs ilə Ərizəçi arasında 22 oktyabr 2012-ci il tarixdə Gəncə şəhər (Kəpəz rayon) Qeydiyyat şöbəsində bağlanmış 688 nömrəli akt qeydi ilə qeydə alınmış rəsmi nikah pozulmuşdur. Bu barədə Gəncə şəhər Qeydiyyat şöbəsindən 03 iyul 2025-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamə də almışdır. Cavabdeh həmin barışıq sazişi üzrə öhdəliyini yerinə yetirmir. Ona görə də, barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması zərurəti yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, Maraqlı şəxs məhkəmə iclasında iştirak etmiş, barışıq sazişini rəsmi sənəd hesab etmədiyinidən onu icra etmədiyini bildirmiş və hazırda barışıq sazişinin təsdiq edilməsi barədə ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından xx.xx.2016-cı il tarixdə əkiz doğulmuş X9 və X11, xx.xx.2021-ci il tarixdə doğulmuş X10 və xx.xx.2022-ci il tarixdə doğulmuş X6 anaları Ərizəçi yanında qalmalarına dair qarşılıqlı razılığa gəlmişlər və Maraqlı şəxs xx.xx.2016-cı il tarixdə əkiz doğulmuş X9 və X11, xx.xx.2021-ci il tarixdə doğulmuş X10 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 200 manat alimentin Ərizəçi ödənilməsini öhdəlik götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun alimentlə bağlı hissəsi könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs tərəfindən xx.xx.2016-cı il tarixdə əkiz doğulmuş X9 və X11, xx.xx.2021-ci il tarixdə doğulmuş X10 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 200 manat alimentin Ərizəçi ödənilməsinə dair hissədə barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 257 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2016-cı il tarixdə əkiz doğulmuş X9 və X11, xx.xx.2021-ci il tarixdə doğulmuş X10 və xx.xx.2022-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 200 manat alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsinə dair Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar