Məhkəmə qərarları › İş №2(125)-4630/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4630/2024

06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4630/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 mart 1958-ci il təvəllüdlü mərhum əri X1 14 mart 1958-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə məhkəmənin 07 oktyabr 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında “ərizənin dəqiqləşdirilməsi” barədə ərizə verərək, 14 mart 1958-ci il təvəllüdlü X1 14 mart 2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X5 14 mart 1958-ci ildə Gədəbəy rayonunda anadan olub, 14 mart 2020-ci ildə vəfat etmişdir. O, Gəncə şəhər ərazisində yerləşən İmamzadə Kompleksi qəbiristanlığında dəfn edilmişdir. O, mərhum əri X5 ilə 08 may 1979-cu ildə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından X3, X4 və X2 adlı uşaqları doğulmuşdur. Hidayət İsmayılov uzun müddət mədə, qaraciyər xəstəliyindən əziyyət çəkmişdir. Daima müalicə olunmasına baxmayaraq vəziyyəti ağırlaşdığından 14 mart 2020-ci ildə vəfat etmişdir. İndiyə qədər ərinə ölüm haqqında şəhadətnamə almamışlar. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı o, qeydiyyat Şöbəsinə müraciət etdikdə ona məhkəməyə müraciət etməsini bildirmişlər. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, X1 ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə ərizənin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsi, yəni mərhum X1 14 mart 2020-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin, Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub göndərərək, məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun qayınanasıdır. Mərhum qayınatası X5 xərçəng xəstəliyindən əziyyət çəkirdi. Hidayət İsmayılov 14 mart 2020-ci il tarixdə vəfat etdi. Onun yas mərasimi keçirilmiş və X11 Kompleks qəbiristanlığında dəfn olunmuşdur. O, dəfn mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi onun qudasıdır. X14 xəstə olmaqla, öz doğum günündə yəni 14 mart 2020-ci il tarixdə vəfat etmişdir. Yas mərasimi keçirilmiş və X11 Kompleks qəbiristanlığında dəfn olunmuş, o dəfn mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE 05207625 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 14 mart 1958-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 14 mart 2020-ci il tarixli Təcili və X7 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, X5 təcili yardıma qədər ölüm diaqnozu qoyulmuşdur. Xəstə uzun müddət mədə, qaraciyər xəstəliyi ilə müalicə almış, axır günlər ağırlaşmış və vəfat etmişdir. Bədənində kriminal əlamətlər yoxdur. İİ-JQ seriyalı, 267677 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi arasında nikah 08 may 1979-cu il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 may 1979-cu il tarixdə 346 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 24 iyul 2024-cü il tarixli, 3- 16-5/8-15-1470/2024 nömrəli məktubunda vətəndaş Ərizəçi bildirilmişdir ki, hazırda X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, 14 mart 1958-ci il təvəllüdlü X5 14 mart 2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X1 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü X1 14 mart 2020-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X1 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X1 14 mart 2020-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar