Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4632/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X27 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi «şəxsin ölmüş elan edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş Maraqlı şəxs2 2017-ci il sentyabrın 2 də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, Məhkəməni məlum edirəm ki, X1 2015-ci ildə Maraqlı şəxs2 ilə faktiki nikah münasibətinə girərək ailə qurmuşdur. Ailə qurduqdan sonra onlar hər ikisi İraq Respublikasına getmişlər. İraqda X1 ilə Maraqlı şəxs2 birgə nikahlarından 14 aprel 2016-cı il tarixdə X17 və 14 yanvar 2018-ci il tarixdə X18 anadan olmuşdur. Qızının əri Maraqlı şəxs2 2017-ci ilin sentyabr ayının 2-də İraq Respublikasının Təlafər şəhərində öldürülmüşdür. X1 02 sentyabr 2017-ci il tarixdə əsir düşərək İraq Dövləti tərəfindən həbs edilmişdir və hal-hazırda həbsxanadadır. X23 Əliyevə müraciətindən sonra Azərbaycan Respublikasının İraqdakı səfirliyi nəvələri 14 aprel 2016cı il tarixdə anadan olmuş X17 və 14 yanvar 2018-ci il tarixdə anadan olmuş X12 Azərbaycana gətirilmələri təmin edilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 13 saylı sərəncamı ilə o, nəvələri- 14 aprel 2016-cı il tarixdə anadan olmuş X13 və 14 yanvar 2018-ci il tarixdə anadan olmuş X14 qəyyum təyin edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-1508/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə 14 aprel 2016-cı il tarixdə anadan olmuş X8 və 14 yanvar 2018-ci il tarixdə anadan olmuş X12 doğumunun İraq dövlətində qeydə alınması faktının müəyyən edilməsi, uşaqlara doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamənin ana adı qrafasında X11, ata adı qrafasında Maraqlı şəxs2 qeyd edilməsi qət edilmişdir. Bildirmişdir ki, nəvələri 14 aprel 2016-cı il tarixdə anadan olmuş X17 və 14 yanvar 2018-ci il tarixdə anadan olmuş X18 hal-hazırda qəyyumluğu altındadır, onların bütün maddi və mənəvi tələbatlarını o, qarşılayır. Lakin imkanı olmadığından nəvələrinin maddi ehtiyaclarını qarşılaya bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş, məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Maraqlı şəxs2 arvadı X3 Gəncə şəhər məhkəməsinə gələ bilmədiyi barədə Ərizəçi məhkəməyə bildirdiklərini nəzərə alaraq, məhkəmə iclası zamanı X11 ilə videogörüntülü telefon əlaqəsi vasitəsilə onun iştirakını mümkün hesab etmişdir. X11 videotelefon əlaqəsi vasitəsilə verdiyi izahatında bildirmişdir ki, ona İraq Respublikası məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.Hazırda İraq Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkir. 2014-cü ildə Maraqlı şəxs2 ilə ailə quraraq İraq Respublikasına getmişlər. 2017-ci ilin avqust ayının 27-də onların yaşadığı ərazidə Maraqlı şəxs2 olduğu evə aviazərbə endirilmişdir. Ona məlumdur ki, Maraqlı şəxs2 həmin aviazərbə nəticəsində öldürülmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidin görüntülü telefon əlaqəsi vasitəsilə söylədiyi ifadələri dinləyib, digər iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 ilə X3 birgə nikahından 14 aprel 2016-cı il tarixdə anadan olmuş X15 və 14 yanvar 2018-ci il tarixdə anadan olmuş X18 adında yetkinlik yaşına çatmayan iki uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 03 mart 2020-ci il tarixli sərəncamından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək X1nın 2016-cı il tarixdə İraq İslam dövlətinin Bağdad şəhərində həbsxanasında olduğunu, qızının əri Maraqlı şəxs2 İraqda 2016-cı il tarixdə rəhmətə getdiyini, onların faktiki nikahdan olan uşaqlarının onunla kimsəsiz qalmaqlarını nəzərə alaraq, onlara qəyyum təyin olunmasına dair sərəncam verilməsini xahiş etmiş, Ərizəçi müraciətini, təqdim olunmuş müvafiq sənədləri, azyaşlının gələcək mənafeyini və Gəncə Şəhər Nizami Rayon icra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 02 mart 2020-ci il tarixli iclasının qərarını nəzərə alaraq, Ərizəçi xx.xx.2017-cı il tarixdə anadan olmuş X9 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X14 qəyyum təyin edilsin. İş materiallarında olan doğum haqqında arayışdan müəyyən edilir ki, Maraqlı şəxs2 xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuşdur. X2, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məlumatından müəyyən olunur ki, Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2014-cü il tarixdə dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək ölkədən xaricə getmiş və Azərbaycan Respublikasına geri qayıtmamışdır. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-1508/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 14 aprel 2016-cı il tarixdə anadan olmuş X8 və 14 yanvar 2018-ci il tarixdə anadan olmuş X12 doğumunun İraq dövlətində qeydə alınması faktının müəyyən edilməsi, uşaqlara doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamənin ana adı qrafasında X11, ata adı qrafasında Maraqlı şəxs2 qeyd edilməsi qət edilmişdir. İş materiallarında olan İraq Respublikası Ali Məhkəmə Şurası Bağdad Apellyasiya Məhkəməsi Rəhbərliyi / X30 İttihadiyya Mərkəzi Cinayət Məhkəməsi / İkinci idarə №: 1391/C2/2018 saylı qərardan görünür ki, Məhkəmə cinayətkar X5 silahlı terror təşkilatına mənsub olmaq cinayətinə görə 2005-ci il tarixli 13 saylı X10 4/1 maddəsinin müddəalarına və 2/3 maddəsinə uyğun olaraq ömürlük həbs cəzasına məhkum etmiş və xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixədək həbsdə saxlanma müddətini hesablayaraq və gənc olduğunu nəzərə alaraq ona qarşı cəza təyin edərkən CM-nin 132/1-ci maddəsinin müddəalarını nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə məhkəmə araşdirmaları zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş Maraqlı şəxs2 2017-ci ilin sentyabr ayının 2-də ölməsini güman etməyə kifayət qədər əsaslar vardır və həmin tarixdən sonrakı ötən müddət ərzində ondan heç bir xəbər yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəlləsinin 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə Ərizəçi belə bir ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub olmamasına aydınlıq gətirərək qeyd edir ki, ərizəçi Maraqlı şəxs2 ərizəçinin qızi-X11 ilə birgə nikahlarından anadan olmuş iki uşagın qəyyumu təyin edilmişdir. X6 İraq Respublikası məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hazırki ərizənin təmin edilməsi halında Ərizəçi Maraqlı şəxs2 X11 ilə birgə nikahlarından anadan olan, valideyn himayəsindən məhrum olmuş iki uşaq üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazlardan uşaqlar üçün istifadə etmək imkanı əldə edəcəkdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Qeyd edilənlərə əsasən, mülki qanunvericiliyin tələbi baxımından Maraqlı şəxs2 məhkəmə qaydasında ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş Maraqlı şəxs2 02 sentyabr 2017-ci il tarixdən ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. X29
Məhkəmə qərarları › İş №2(125)-4632/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4632/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver