Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4634/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş X7 2017-ci ilin yanvar ayının 14-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi2 qızı 06 iyul 1995-ci ildə anadan olmuş X10 2014-cü ildə öz dayısı oğlu X3 ilə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuş, həmin ildə qızı və onun əri X22 Respublikasına qaçaq yolla getmiş və orada dini radikal dəstələrə qoşulmuşlar. Sərxan Məmmədov 2016-cı ildə İraq Respublikasının Telafər şəhərində gedən döyüşlərdə vəfat etmişdir. Daha sonra qızı Nigar Səlimova şəriət qaydalarına uyğun olaraq 2016-cı ildə ikinci dəfə Ərizəçi1 X4 ilə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuş, onların birgə nikahlarından 11 may 2017-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. X4 2017-ci ilin yanvar ayının 14-də İraqın Sincar vilayətində döyüşlər zamanı vəfat etmişdir. X10 isə hal-hazırda İraqda Bağdad şəhərində həbsxanadadır. Övladları xx.xx.2017-ci il təvəllüdlü X5 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikasının İraqdakı səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və babası Ərizəçi2 himayəsinə verilmişdir. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 186 saylı Sərəncamına əsasən Ərizəçi2 qızı X6 övladının qəyyumu təyin olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-541/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Ərizəçi2 cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə (üçüncü şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı aparatının yanında Qəyyumluq və Himayəçilik komissiyası) qarşı doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikasının İraqdakı səfirliyinin AA ******* nömrəli qayıdış şəhadətnaməsində və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 05 dekabr 2019-cu il tarixli, 186 nömrəli sərəncamında qeyd edilən məlumatlar - soyadı Səlimov, adı Zülqərneyn, ata adı Elvin, ana adı X10, doğum tarixi xx.xx.2017-ci il, doğum yeri İraq Respublikası qeyd edilməklə, doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 214 nömrəli sərəncamına əsasən, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 05 dekabr 2019-cu il tarixli, 186 nömrəli sərəncamında qismən dəyişiklik edilərək, “Zülqərneyn” adı "Xalid” adı ilə əvəz edilmişdir. Bundan sonra nəvələrinə X15 adı ilə yeni doğum haqqında şəhadətnamə verilmişdir. Nəvələri xx.xx.2017-ci il təvəllüdlü X15 hal-hazırda babası Ərizəçi2 qəyyumluğu altındadır, onun bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Lakin nəvələrinin atası X7 ölməsini təsdiq edən sənəd olmadığına görə onun nəvələrinin atası olması faktının müəyyən edilməsini həyata keçirə bilmirlər və nəvələrinə ailə başçısını itirməyə görə sosial müavinət ala bilmirlər. Buna görə də X7 2017-ci ilin yanvar ayının 14-də İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilən X11 ifadəsində göstərdi ki, Elvin ağıllı övlad olmuşdur. Yeni İl ərəfəsi İraqda rəhmətə getmiş, orada dəfn olunmuşdur. Pis qruplara qoşulmuşdur. Burada yas mərasimi keçirilmişdir. Yoldaşı da olmuşdur. Orada 1 uşağı anadan olmuşdur. Hazırda nənəsi və babası Telmanın yanında qalır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilən X8 ifadəsində göstərdi ki, Elvin bacısı nəvəsidir. Yanvar ayında İraqda ölmüşdür. 1 oğlu da vardır. Uzaqda olduqlarına görə yoldaşının adı yadında deyildir. Elvini İraqda dəfn etmişdirlər. Necə öldüyünü bilmir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- XVİ-JQ 386751 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1992-ci ildə anadan olmuş X7 ata qrafasında X16, ana qrafasında isə Ərizəçi1 kimi qeyd edilmişdir. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli, 186 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X2 qəyyum təyin edilməsi qərara alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 214 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 186 nömrəli sərəncamında qismən dəyişiklik edilməsi və “Zülqərneyn” adının “Xalid” adı ilə əvəz edilməsi qərara alınmışdır. AZ-İV 377559 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci ildə anadan olmuş X9 ata qrafasında X17, ana qrafasında isə X1 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-39/2-24/5-3359/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, AR vətəndaşı X13 xx.xx.2014-cü il tarixdə Azərbaycanı Türkiyə istiqamətində tərk etmiş və hazırki müddətədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan informasiyalar daxil olmuşdur. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-57/2-36490/2024 nömrəli məktubdan görünür ki, X7 barəsində Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi, axtarış işi və digər məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər. MM-nin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsidir. (mad.305.1.2) Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1992-ci ildə anadan olmuş X13 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1992-ci ildə anadan olmuş X13 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X7 ölüm günü hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4634/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4634/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver