Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-467/2023 10.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, 2* avqust 1993-cü il tarixdə anadan olmuş X3 26 noyabr 1993-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 2* avqust 1993-cü il tarixdə anadan olmuş X3 26 noyabr 1993-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o və X6 nikahlarını 13 oktyabr 1992-ci il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahlarından 2* avqust 1993-cü il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Lakin 26 noyabr 1993-cü il tarixdə X3 tempraturu ani olaraq qalxmış və buna görə vəfat etmişdir. O, uşağının vəfatına görə ciddi psixoloji sarsıntı keçirmiş və qeyd olunan səbəbdən sahə həkimi ondan X3 doğum haqqında şəhadətnaməsini tələb etdikdə, o uşağından qalan son xatirəni itirməmək üçün həmin sənədi verməkdən imtina etmişdir. Lakin sahə həkimi ona izah etməmişdir ki, belə olan təqdirdə ona X3 ölüm haqqından şəhadətnaməsi verilməyəcəkdir. Ərizəçinin qaynatası tərəfindən X5 uşaqların dəfn olunması üçün nəzərdə tutulan «Lüləli» adlı məzarlıqda dəfn edilmiş və mərarı ziyarət edib, depresiyaya düşməmələri üçün onlara məzarın yerini söyləməmişdir. 2*19-cu ildə onun əri X6 vəfat etmişdir. S.M.Məhərrəmovdan miras qalmış mülkə dair vərəsəlik aparmaq üçün bütün vərəsələrin ərizəsi lazımdır. X2 ölüm haqqında səhadətnaməsi olmadığına görə vərəsəlik haqqında şəhadətnamənin alınması mümkün deyildir. Maraqlı şəxsndən ona ölüm haqqında səhadətnaməni verə bilməyəcəkləri barədə məktub göndərilmişdir. Buna görə də o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı 26 oktyabr 2*22-ci il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynının arvadıdır. Buna görə də o, Ərizəçi, sonuncunun ailə üzvlərini tanıyır və Ərizəçi ailəsindən baş verəndən bütün hadisələrdən xəbərdardır. X5 Ərizəçi ilə S.M.Məhərrəmovun birgə nikahlarından doğulmuş uşaqdır. 1993-cü ilin noyabr ayında Samirənin anidən tempraturu qalxmışdır. Həmin gün o, İ.D.Məhərrəmovun yaşadığı evdə olmuşdur. Samirənin tempraturu yüksək olduğuna görə o, bir müddət Ərizəçi ilə birlikdə uşağın yanında olmuş, sonradan o və digər ailə üzvləri yatmışlar. Lakin həmin gecə Ərizəçi fəryad səsinə oyanmışlar. O və digər ailə üzvləri Ərizəçi otağına daxil olduqda Samirənin öldüyünü bilmişlər. O, Samirəni ölmüş halda görmüş, həmin uşağın dini qaydalara uyğun yuyulmasında və ölümü ilə əlaqədar dini mərasimlərinin keçirilməsində iştirak etmişdir. Samirə adlı qız uşağı «Lüləli» adlı məzarlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X1* ifadəsində göstərdi ki, o Ərizəçi qonşusudur. Onlar 1972-ci ildən qonşudurlar və bir birilərini bu müddətdə bir-birlərini yaxından tanımışlar. Buna görə də o, 1993-cü ildə Ərizəçi qızı Samirənin gecə vaxtı tempraturunun anidən qalxmasına görə öldüyünü bilmiş və həmin uşağı ölmüş halda görmüşdür. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynının arvadıdır. 1993-cü ildə Ərizəçiyla qaynı S.M.Məhərrəmovun Samirə adında qızları anadan olmuşdur. Lakin uşaq anadan olduqdan qısa bir müdət sonra 1993-cü ilin noyabr ayında tempraturu anidən qalxdığına görə vəfat etmişdir. O, Samirəni ölmüş halda görmüşdür və həmin uşağın «Lüləli» adlı qəbirəstanlıqda dəfn olunduğunu bilir. İş materiallarında olan XİX-ЖГ seriyalı 377895 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 2* avqust 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X3 atası X6, anası isə Ərizəçidır. İşdə olan V-ЖГ seriyalı, 48*111 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X6 arasında nikah 13 oktyabr 1992-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, *536*8 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *8 noyabr 2*19-cu il tarixdə dəqiqləşdirilməmiş ürək dayanması xəstəliyindən vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 14 okyabr 2*22-ci il tarixli, *5/Q/-2293/15 nömrəli məktubdan görünür ki, 26 noyabr 1993-cü il tarixdə vəfat etmiş X3 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Q.S.İsmayılovun ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs Gəncə şəhər ərazi İdarəsi tərəfindən verilmiş 22 noyabr 2*22-ci il tarixli 96 nömrəli arayışdan görünür ki, X3 ölümü haqqında heç bir sənədi olmadığı üçün Nizami ASM tərəfindən ölüm haqqında tibbi şəhadətnamə (Forma 1*6) verilə bilmir. Azərbyacan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin 2* avqust 1993-cü ildə Gəncə şəhərində anadan olmuş X3 26 noyabr 1993-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, 2* avqust 1993-cü ildə Gəncə şəhərində anadan olmuş X3 26 noyabr 1993-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 2* avqust 1993-cü ildə Gəncə şəhərində anadan olmuş X3 26 noyabr 1993-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-467/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-467/2023
10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver