Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4687/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Göygöl rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olaraq orada yaşayır. Məhkəməyə ərizə ilə müraciət etmə səbəbi oğlu xx.xx.2001-ci il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə Göygöl ərazisində baş vermiş daşqın zamanı həyatını itinnəsi ilə bağlıdır. Belə ki, xx.xx.2023-cü il tarixində Göygöl ərazisində baş vermiş daşqın zamanı oğlu İbrahimi sel aparmışdır, həmin vaxtan oğlu itkin hesab edilirdi. Aidiyyati dövlət qurumlarının apardığı axtarışlar zamanı xx.xx.2023-cü il tarixdə saat 09:11 Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində yerləşən “SOS uşaq kəndinin” yanında cəsədi tapılmışdır. Axtarış vaxtı Yağıntılar səbəbi ilə çay yatağının genişlənməsinin və daha sonra çayın öz məcrasına qayıtması müşahidə olunmuşdur. Təpəlik ərazidən çay yatağına doğru endikdə həmin ərazidə yerləşən ağacdan 31 metr məsafədə arxası üstə uzanıqlı vəziyvatdə oğlunun paltarsız meyit aşkar olunmuşdur. O, Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində sel aparması neticasində aldiğı xəsarətlərdən ölmüşdür. Cəsədi isə may ayın 31 Gəncə çayı sahilində tapılmışdır. Gəncə şəhər Prokurorluğu hadisə ilə bağlı araşdırma aparmış və sonda Gəncə şəhər prokurorunun böyük müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixində “Cinayət işinin rədd edilməsi haqqında“ Qərar qəbul edilmişdir. Oğlu İbrahimin ölümünün səbəbini müayinə etmək üçün onun meyidini ekspertiza şöbəsinə aparmışlar. Gəncə ekspertiza şöbəsində deyildi ki, meyidi yarmaq lazımdır, onlar isə cavabında oğlunu sel aparması nəticəsində aldığı xəsarətlərdən ölməsini bildirib icazə verməmişlər. Araşdırma materiallarına əlavə olunmuş, diskə baxış protokolundan görünür ki, videogörüntüdə Göygöl rayonu, Topalhasonli kəndində yerləşən tikilinin qarşısında sel axımı əks olunmuşdur. Videogörüntüdə selin axim istiqamətindən sağ tərəfdə bir neçe nəfərin, selin axım istiqamətindən sol tərəfdə tikilinin qarşısında oğlu İbrahim və digər kişi cinsli şəxsin olduğu görünürdü. Bundan sonra oğlunun və həmin şəxsin tikilinin qarşısı ilə selin axımı istiqamətində müəyyən qədər hərəkət etmesi və selin onları aparması əks olunmuşdur. Sonra orda olan insanların köməyi ilə meyidi yarmadan oğlunu morqdan çıxardıb, səhəri gün qəbirstanlıqda dəfn, etmişlər. Bir necə gündən sonra ekspertiza şöbəsinə gedib oğlunun ölümü haqqında sənədlərini (forma 106) verilməsini xahiş etsə də, bu mümükün olmadı. Daha sonra AR TƏBİB Gəncə BX PHŞ Adilxanlı ASM-nə yaxınlaşıb forma 106 yazılmasını istədikdə, bunun mümkün olmadığını və imtina məktubunu təqdim etmişlər. Forma 106 olmadığı üçün AR ƏN Qeydiyyat şöbəsindən “Ölüm haqqında şəhadətnamə” ala bilmir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini X15 X29 Şəhər Birləşmiş Xəstəxanasi X27 Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il rarixli məktubundan görünür ki, mərhum xx.xx.2001-ci il təvəllüdlü Gəncə şəhəri, Atatürk prospekti, kvartal 247, bina 1-də qeydiyyatda olan X5 Gəncə şəhər Təcili və X9 Stansiyasının xx.xx.2023-cü il tarixli 1069 N-li məlumatına əsasən xx.xx.2023-cü il tarixdə Göygöl ərazisində baş vermiş daşqın zamanı həyatını itirmiş və xx.xx.2023-cü il tarixdə saat 09:11 “SOS uşaq kəndinin” yanında cəsədi tapılmışdı. Gəncə şəhər X16 Ekspertiza Məhkəməsinin rəyinin olmamasını nəzərə alaraq “ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 bəndinə əsasən “ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.2001-ci ildə Gəncə şəhərində doğulmuş X5 atası X12, anası X11r. İş materiallarında olan xx.xx.2010-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, X12 ilə X13 arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan qəbrin fotoşəklindən görünür ki, xx.xx.2001-ci təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 şəhəri Səbzikar qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Gəncə çayı sahilində meyitinin tapılması faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X28 X2 PHŞ TTTYS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən, xx.xx.2023-ci il tarixdə saat 09:11-də xx.xx.2001-ci il təvəllüdlü X3 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nın həkimi Şəkər Yusibova xəstəyə suda boğulma səbəbindən həkimə qədər ölüm diaqnozu qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Afət onun həyat yoldaşının dayısının gəlini olmuşdur. O, Göygöl rayonu ərazisində baş vermiş daşqın zamanı İbrahimi sel apardığını eşitmişdir. Sonradan onu axtaranda meyidi 3 nömrəli xəstəxananın arxası tərəfdə çayın kənarında tapılmışdır. İbrahim meyidi may ayının 26-da tapılıb, mayın 27-də Səbiskarda dəfn olunub. O, İbrahimin dəfnındə və yasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadə verərək bildirdi ki, İbrahim onun dayısının nəvəsidir. İbrahimin atası Rahib, anası Afətdir. May ayının 26-da səhər ona zəng gəlib ki, İbrahim tapılmır. Daha sonra onlar Göygöl rayonu ərazisində İbrahimi axtarmışlar. Saat 9 radələrində 3 nömrəli xəstəxananın arxası tərəfdə çayın kənarında meyidi tapılmışdır. İbrahimi Göygöl rayonunda sel aparıbmış. O, İbrahimin dəfnində və yasında iştirak etmişdi. İbrahim səbzikarda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, İbrahimin kirvəsidir. May ayının 26-sına keçən gecə İbrahimin anası Afət ona zəng edib bildirib ki, İbrahimi tapa bilmirlər. Səhər açılan kimi İbrahimi axtarmağa başlamışlar. İbrahimin meyidini 3 nömrəli xəstəxananın arxası tərəfdə çayın kənarında tapmışlar. İbrahim çayçıda oturanda sel onu aparmışdır. İbrhaim səbzikarda dəfn olunub. İbrhaimin dəfnində və yasında iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.2001-ci ildə Gəncə şəhərində doğulmuş X5 xx.xx.2023-cü il tarixdə Göygöl rayonunda ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum oğlu xx.xx.2001-ci il təvəllüdlü X7 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.2001-ci ildə Gəncə şəhərində doğulmuş X5 xx.xx.2023-cü il tarixdə Göygöl rayonunda ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2001-ci ildə Gəncə şəhərində doğulmuş X5 xx.xx.2023-cü il tarixdə Göygöl rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4687/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4687/2023
03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver