Məhkəmə qərarları › İş №2(125)-4689/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4689/2024

08.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4689/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı Namazova Elnarə xx.xx.1981-ci ildə anadan olmuş, lakin xəstə olduğuna görə evdə müalicə etdirmişdir. Buna baxmayaraq, 3 aylıq olanda xx.xx.1981-ci il tarixdə Elnarə vəfat etmişdir. Həmin vaxt o, xəstə olduğu üçün uşağın ölüm haqqında şəhadətnaməsini almamışdır. Hazırda yaşadıqları mülkün bir hissəsi həyat yoldaşının atasının adınadır. Onun atası vəfat etmişdir. Onlar miras mülkdən paylarına dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etmişdir. Notarius digər sənədlərlə birlikdə qızı Namazova Elnarənin ölüm haqqında şəhadətnaməsini də tələb etmişdir. O, qızının ölümü haqqında qeydiyyat aparılmaqla onun ölümü haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, Qeydiyyat şöbəsi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə ölüm qeydi aparmaqdan imtina etmişdir. Beləliklə, o, hüquqlarından istifadə edə bilmir. Onun qızı X1 xx.xx.1981-ciı il tarixdə vəfat etməsini məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsi və mərhum qızı X1 xx.xx.1981-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin, Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub göndərərək, məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi qızı Elnarə Namazovanın 14 oktyabr 1981-ci il tarixdə vəfat etməsi barədə eşitmiş və onlara başsağlığı vermişdir. X7 nədən ölməsi barəsində məlumatı yoxdur, lakin, bildiyinə görə xəstə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin mərhum övladı Elnarə Namazovanın vəfat etməsini eşitmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 24 iyul 2024-cü il tarixli, 3-16-5/8-70-N-2501/2024 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X4 12 iyul 1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1981-ci il tarixdə Maraqlı şəxsndə 384 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası: X6, anası: Ərizəçidır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 24 iyul 2024-cü il tarixli, 3- 16-5/8-15-1472 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, hazırda X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İ-JQ seriyalı, 483925 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X6 ilə X2 arasında nikah 11 noyabr 1978-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 noyabr 1978-ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Namazov”, arvada “Namazova” soyadı verilmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, 12 iyul 1981-ci il təvəllüdlü X4 14 oktyabr 1981-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X1 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1981-ci il təvəllüdlü X1 14 oktyabr 1981-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X1 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X1 14 oktyabr 1981-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar