Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4902/2025 26.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1986-cı ildə anadan olmuş X4 xx.xx.2025-ci ildə vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı ildə anadan olmuş əri X4 xx.xx.2025-ci ildə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun əridir. xx.xx.1986-ci ildə anadan olmuş və xx.xx.2025-ci ildə qonaq getdikləri Bərdə rayonu, Yeni Əyricə kəndində yatdığı halda vəfat etmişdir. Bərdə rayonunda yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bunu təsdiq edən Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsin Bərdə TTTYS tərəfindən verilmiş 13665 nömrəli, 23 iyul 2025-ci il tarixli məlumatdır. "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin tabeliyində olan X10 tərəfindən vəfat etmiş əri üçün ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Halbuki onun ölüm səbəbi məlumdur, belə ki, bu barədə Bərdə TTTYS-nin həkimi D.Məmmədovun rəsmi qaydada verilmiş məlumatı vardır. Buna görə o, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" X15 ərizə ilə müraciət edərək, X6 aid "ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsini xahiş etmişdir. Bundan sonra həmin publik hüquqi şəxs məktubla cavab olaraq "ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsindən imtina etmişdir. Eyni zamanda o, Maraqlı şəxsnə müraciət edərək, ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs cavab olaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hazırda, vəfat etmiş ərinin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün vərəsəlik şəhadətnaməsini ala bilmir və gələcəkdə onun digər hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçinin bu hal ümumi olaraq qanunazidd hallardan biridir. Buna görə də məhkəmə qaydası ilə xx.xx.1986-cı ildə anadan olmuş X4 xx.xx.2025-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Həmin faktı məhkəmədən kənar qaydada təsdiq etdirmək mümkün deyildir. Mərhum əri X4 ölüm sənədini başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, xx.xx.2025-ci ildə mərhum əri Rəfail Əhmədovla birlikdə Bərdə rayonuna, atasıgilə qonaq getmişdirlər. Orada olarkən ürək hissəsində ağrıları olduğunu demişdir. Gecə yatdığı vaxt kürəyi ağrıdığını demiş, təcili yardım çağırmaq istədikdə ehtiyac olmadığını deyib yatmışdır. Səhər tezdən isə onu səsləmiş, ancaq cavab verməmişdir. Ərinin ölümündən sonra ölüm haqqında şəhadətnamə ala bilmədiyi üçün vərəsəlik işlərini həll edə bilməmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X9 ərizənin təmin olunmasına etiraz etmədiklərini göstərdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 788463 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X1 nikahları xx.xx.2012-ci ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 595 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Azərbaycan Respublikası TƏBİB Respublika Təcili və X2 Mərkəzi PHŞ Bərdə TTTYS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13665 nömrəli arayışdan görünür ki, xx.xx.2025ci il tarixdə xx.xx.1986-cı il təvəllüdlü X8 barəsində Bərdə rayonu Yeni Əyricə kəndi Bərdə TTTYS-nə çağırış olmuş və həkiməqədər ölüm diaqnozu qoyulmuşdur. Bərdə rayonu X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 92 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə Yeni Əyricə kənd qəbiristanlığında dəfn olunmuşdur. Qəbirüstü abidənin fotoşəkillərindən görünür ki, X5 xx.xx.2025-ci ildə öldüyü qeyd edilmiş və həyat yoldaşından xatirə yazısı həkk olunmuşdur. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-2376 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-37/2-Ə-353-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X6 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.1986-cı ildə anadan olmuş X8 xx.xx.2025-ci ildə Bərdə rayonunda vəfat etmiş, Bərdə rayonu Yeni Əyricə kənd qəbiristanlığında dəfn olunmuşdur. X4 ölümü ilə bağlı tibbi şəhadətnamə olmadığı üçün ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçi həmin sənədi əldə edə bilmədiyi üçün vərəsəlik işlərini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin əri xx.xx.1986-cı ildə anadan olmuş X8 xx.xx.2025-ci ildə Bərdə rayonunda vəfat etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı ildə anadan olmuş X4 xx.xx.2025-ci il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı ildə anadan olmuş X4 xx.xx.2025-ci il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4902/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4902/2025
26.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver