Məhkəmə qərarları › İş №2(125)-4996/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4996/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4996/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı - xx.xx.1957-ci il təvəllüdlü Musa-zadə Adilə Kamil qızının xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində ev şəraitində vəfat etməsi faktının müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə Musa-zadə Adilə Kamil qızı xx.xx.1957-ci il tarixdə doğulmuşdur, atası – Musa-zadə Kamil Tahir oğlu (xx.xx.1984-cü il tarixdə ölmüşdür), anası – X3r (xx.xx.2003-cü il tarixdə ölmüşdür). Musa-zadə Adilə Kamil qızı ərizəçinin bacısıdır. Ərizəçi yuxarıda qeyd edilən ərizələrlə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü bacısı Musa-zadə Adilə Kamil qızı cəmi 3 ay yaşamışdır, körpə vaxtı rəhmətə getdiyindən ölüm haqqında şəhadətnamə alınmasına ehtiyac olmamışdır. Miras əmlaka vərəsəlik hüququnun tanınması ilə əlaqədar notariat ofisinə müraciət etdikdə, məlum olmuşdur ki, doğma bacısı xx.xx.1957-ci il təvəllüdlü Musa-zadə Adilə Kamil qızı sağ bir adam kimi göstərildiyindən vərəsəlik işində onun razılığı tələb edilir. Onun nə doğum haqqında şəhadətnaməsi, nə Sovet qırmızı pasportu, nə şəxsiyyət vəsiqəsi, nə də ki, Azərbaycan Respublikasının xarici pasportu olmamışdır. Qeyd edir ki, sadəcə səhlənkarlıq onda olmuşdur ki, onun ölümünü təsdiqləyən ölüm haqqında şəhadətnamə alınmalı idi. Belə olan halda əvvəlcə Maraqlı şəxsnə bacısına ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişlər, lakin uşağın ölməsinə dair həkim arayışı olmadığından Maraqlı şəxs tərəfindən onlara imtina cavabı verilmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, ailədə 8 uşaq olmuşlar, özü ailənin 3-cü övladıdır, aralarında mübahisə yoxdur. Bacısı xx.xx.1957-ci il təvəllüdlü Musazadə Adilə Kamil qızı xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində ev şəraitində vəfat edib. Vərəsəlik ilə əlaqədar notariat ofisinə müraciət edəndə sistemdə bacısı Adilənin adı çıxır. Buna görə də, ölüm faktının məhkəmədə təsdiqinə dair sənədə ehtiyac yaranmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı, mərhum isə onun bacısıdır, bacısı vəfat edən vaxt uşaq olmuşdur, buna görə də tam xatırlamır. Ancaq, anasıgilin dediklərinə görə bacısı xəstə olduğuna görə çox yaşamayıb, ölüb. X2 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı, mərhum isə onun bacısıdır. Vəfat edən bacısını heç görməmişdir, bacısı Adilə 1957-ci ilin aprelində doğulub, 20 avqust 1957-ci ildə ev şəraitində soyuqdəymədən vəfat edib, Gəncə şəhərində İmamzadə ziyarətgahında dəfn olunub. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1957-ci il tarixdə doğulmuş Musa-zadə Adilə Kamil qızının xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində ev şəraitində ölməsi faktı tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-15-167/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə Musa-zadə Adilə Kamil qızının ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbindən onun ölümünün qeydə alınmasından imtina edilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X15 cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü Musa-zadə X12 və X5 stansiyasında qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Mus-zadə Kamil Tahir oğluna aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən onun 8 övladı – X6, Musa-zadə Adilə Kamil qızı, X10, X11, X7, X8, Musa-zadə Fazil Kamil oğlu, X4 və arvadı – X1 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1957-ci il təvəllüdlü Musa-zadə Adilə Kamil qızı ərizəçinin bacısıdır və o, xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyəti orqanında qeyd edilməsi mümkün olmamışdır. Musa-zadə Adilə Kamil qızının ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə miras əmlakın qəbul edilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə doğulmuş Musa-zadə Adilə Kamil qızının xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar