Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5050/2025 20.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, X10 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı 24 aprel 1990-cı il təvəllüdlü X1 xx.xx.1990-cı il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bu nikahdan ilk olaraq xx.xx.1988-ci il təvəllüdlü X5 doğulmuşdur. İkinci övladı xx.xx.1990-cı ildə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada dünyaya gəlmişdir. Həmin illərdə uşaq doğulduqdan sonra təxminən 10 gün xəstəxana şəraitində qalmalı olurdu. Uşaq doğulduqdan bir neçə gün sonra uşağa doğum şəhadətnaməsini almışlar. Xəstəxanadan çıxmaqlarına 1 gün qalmış xx.xx.1990-cı il tarixdə həkimlər uşağın sarılıq xəstəliyindən vəfat etdiyini bildirmişlər. Uşağı dəfn etmək istədikdə isə yeni doğulmuşlar vəfat etdikdə xəstəxana tərəfindən dəfn olunduğunu, valideynə verilmədiyini bildirmişər. Onlar uşağın ölümünə dair hər hansı bir sənəd almadan xəstəxanadan çıxmışlar. Bu yaxınlarda həyat yoldaşının adına olan yaşadıqları evlə bağlı özgəninkiləşdirmə üçün ailə tərkibi haqqında arayış alanda qeydiyyat şöbəsi tərəfindən doğulduqdan bir neçə gün sonra vəfat edən övladının da sağ kimi ailə tərkibi haqqında arayışda adının çıxması bildirildi. Bu illər ərzində isə heç bir qurumda hər hansı sənəd alan zaman bu faktla qarşılaşmamışlar. Fakt ona məlum olduqdan dərhal sonra Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya yaxınlaşdıqda arxiv sənədlərinə baxaraq arxivdə uşaqla birlikdə çıxış kimi qeyd edildiyini bildirmişlər. Uşağın doğulduqdan bir neçə gün sonra elə xəstəxanada vəfat etməsi və onlara verilməməsini təsdiq edəcək şahidləri də var. Övladı barəsində ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin şöbənin xx.xx.2025-ci il tarixli cavab məktubunda ona bildirmişlər ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Hazırda övladı doğulduqdan bir neçə gün sonra vəfat etməsinə baxmayaraq ölümü barədə xəstəxana heç bir sənəd təqdim etmədiyi üçün ölüm faktını məhkəmə qaydasında müəyyən etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gələcəkdə sağ olmayan şəxsin ailə tərkibində sağ kimi görünməsi onlara problem yaradacağı üçün ölüm haqqında şəhadətnamənin təqdim edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Müşfiq Allahverdiyev onun doğma oğlu olmuş, 24 aprel 1990-cı ildə doğulsa da 02 may 1990-cı ildə vəfat etmişdir. Hazırda miras əmlaka payın müəyyən edilməsi üçün notariusa müraciət etmiş, lakin Müşfiqin ölüm faktı müəyyən edilmədiyi üçün vərəsəliyi rəsmiləşdirə bilməmişdir. Bundan sonra ölüm haqqında şəhadətnaməni almaq üçün maraqlı şəxs olan Maraqlı şəxsnə müraciət etmiş, lakin, Maraqlı şəxs tərəfindən həmin şəxsə məxsus ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, nümayəndəsi Ağca Hüseynova məhkəməyə məktub göndərərək, məhkəmə iclasında iş yükünün çoxluğuna görə iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş Bağırova Hicran Vilayət qızı ifadəsində bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. Şəmayətin Müşfiq adında oğlu 24 aprel 1990-cı ildə doğulmuş, lakin, həmin uşaq xx.xx.1990-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi qızıdır. Ərizəçi xx.xx.1990-cı il tarixdə Müşfiq adında oğlu doğulmuş, uşaq elə həmin ilin may ayında vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İV-JQ seriyalı, 364305 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Şəmayət Davud qızı arasında nikah 15 noyabr 1987-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 noyabr 1987-ci il tarixdə 664 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Allahverdiyev”, arvada “Allahverdiyeva” soyadı verilmişdir. 22 iyul 2025-ci il tarixli, 3-16-5/8-70-A-2431/2025 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X2 xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1990-cı il tarixdə Maraqlı şəxsndə 1104 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası – X3, anası – Ərizəçidır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli, 3-16-5/8-15-2334 nömrəli məktubda Ərizəçi X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı və ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 07 avqust 2025-ci il tarixli, 05/09İS/092788-25 nömrəli arayışından görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:
1. əri (arvadı) X3 (xx.xx.1961)
2. oğlu X5 (xx.xx.1988)
3. oğlu X2 (xx.xx.1990)
4. oğlu X4 (xx.xx.1991) (vəfat edib xx.xx.2023) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü Müşfiq Allahverdiyev xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamələrin olmamasını əsas gətirərək X1 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktların müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X1 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov