Məhkəmə qərarları › İş №2(125)-5056/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5056/2024

15.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5056/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsinin ölməsi faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuş X2 xx.xx.1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, X7 onun qızıdır. X7 xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, keçirdiyi xəstəlik nəticəsində xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. X1 ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamış, sonradan sənədləşmə işləri ilə bağlı qızının ölüm haqqında şəhadətnaməsinə ehtiyac olmuşdur. Bundan sonra o, Maraqlı şəxsnə müraciət edərək, X2 ölümünün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmasını xahiş etmişdir. Lakin ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki,o, xx.xx.1999-cu il tarixdə X6 ilə nikaha girmiş və Ərizəçi yaşadığı ünvan 2 ünvanına gəlin köçmüş, həmin tarixdən də hazırki tarixədək həmin ünvanda yaşamışdır. Ərizəçi qonşu kimi tanımış, münasibətləri yaxşı olmuşdur. O, gəlin köçərkən Ərizəçi Ülkər adlı körpə bir qız uşağı olmuşdur. Daha sonra Ülkər «meningit» xəstəliyinə yoluxmuş, uzun müddət müalicə olunduqdan sonra xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. O, Ərizəçi övladı olan Ülkərin meydini görmüş və dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi ilə əvvələr eyni küçədə yaşamış və eyni məktəbdə təhsil almışdır. Bu səbəblərdən həm də uzaq qohum oldduqlarına görə Ərizəçi ilə münasibətləri həmişə yaxşı olmuşdur. Ərizəçi hah-hazırda Natiq adlı bir oğlu və Ayşən adlı bir qızı vardır. Ərizəçi ilk uşağının adı Ülkər olmuş, 1998-ci ilin iyun ayında vəfat etmişdir. O, Ülkərin yas mərasimində və dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan XİX-ЖГ seriyalı 460325 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X2 atası X9, anası isə Ərizəçidır. İşdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 ailə üzvləri arvadı Ərizəçi, qızı X7, qızı X8 və oğlu X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-15-1755 nömrəli məktubun surətindən görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş X2 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş X2 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 20 sentyabr 1996-cı ildə Gəncə şəhərində anadan olmuş X2 18 iyun 1998-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar