Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5146/2024 24.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktlarının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X7 1981-ci ildə Ermənistanın Kalinino rayonu İlməzli kəndində və X2 1955-ci ildə Ermənistanın Kalinino rayonu İlməzli kəndində vəfat etməklə ölümlərinin qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X9 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, nikahları xx.xx.1973-cü il tarixli, 08 saylı akt qeydi ilə Ermənistan Kalinino rayonu İlməzli kənd sovetinin VVAQ şöbəsində tərtib edilmişdir. X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda o, Əhməd İsmayılovdan miras qalmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 6, 22 nömrəli mənzili vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəyir, lakin notariat ofisində ona vərəsəlik hüququ haqqında şəhadətnamə vermək üçün Əhməd İsmayılovun valideynlərinin ölüm haqqında şəhadətnamələri tələb edilmiş, onlar Ermənistanda vəfat etdikləri və ölüm haqqında şəhadətnamələri məlum hadisələrlə əlaqədar orada qaldığı üçün o, ölüm haqqında şəhadətnamələri əldə edə bilmir. Əhməd İsmayılovun atası X13 1981-ci ildə Ermənistanın Kalinino rayonu İlməzli kəndində ürək çatışmazlığından, Əhməd İsmayılovun anası X4 1955-ci ildə Ermənistanın Kalinino rayonu İlməzli kəndində xərçəng xəstəliyindən vəfat etmişlər. Əhməd İsmayılovun mərhum valideynləri Ermənistan Respublikasında vəfat etdikləri üçün onların ölüm qeydini bərpa etməkdən Maraqlı şəxs imtina edir. Beləliklə, o, hüquqlarından istifadə edə bilmir. X13 və X4 vəfat edəndə Ermənistanın Kalinino rayonu İlməzli kənd sovetində qeydiyyat aparılmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, uşaqlar hamısı evin onun adına keçməsinə görə razılıq vermişdirlər. Ancaq qayınanası və qayınatasının ölüm haqqında şəhadətnamələri olmadığına görə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Qayınatası vəfat edəndə təxmini 50 yaşı olmuşdur, ancaq qayınanası daha əvvəl vəfat etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatət ilə şahid qismində dinlənilmiş X5 ifadəsində göstərdi ki, İsmayılov Ömər ərizəçinin qayınatası, İsmayılova Gülüzar isə ərizəçinin qayınanası olmuşdur. Onları tanımışdır, bir kənddə yaşamışdırlar. X11, sonra isə İsmayılov Ömər vəfat etmişdir. Elə kənddə dəfn olunmuşdurlar. Dəfndə iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2038 nömrəli məktubdan görünür ki, miras qoyan-xx.xx.2024-cü il tarixdə vəfat etmiş əri X6 valideynləri ilə qohumluq əlaqəsini təsdiq edən sənəd (doğum haqqında şəhadətnaməsi) və valideynlərinin ölüm haqqında şəhadətnamələri olmadan tam hissədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 1763 nömrəli məktubdan görünür ki, X13 və X2 ölümü haqqında akt qeydi aşkar olunmadığından ölüm haqqında şəhadətnamələrin verilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli, 442 nömrəli nikah haqqında arayışdan görünür ki, X9 ilə X3 nikahları xx.xx.1973-cü il tarixdə 08 saylı akt qeydi ilə Ermənistan Kalinino rayonu İlməzli kənd sovetinin VVAQ şöbəsində tərtib edilmiş, nikaha X6 xx.xx.2024-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir. İ-ZJ 231466 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1951-ci ildə anadan olmuş X6 ata qrafasında X15, ana qrafasında isə X1 qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli. ********** nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 6, mənzil 22 xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə X6 adına rəsmi reyestrdə qeydə alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin əri X9 xx.xx.2024-cü ildə ölmüş və ölümündən sonra Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 6, mənzil 22 miras qalmışdır. Ərizəçi mərhum ərinin valideynlərinin, yəni qayınanası X2 və qayınatası X8 ölüm faktlarını təsdiq edən sənədi əldə edə bilmədiyi üçün mərhum ərindən qalmış miras əmlakı qəbul edə bilməmiş və məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.3) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, ərizəçinin qayınanası X2 1955-ci ildə, qayınatası X7 isə 1981-ci ildə ölmələrinə dair Ermənistan Respublikası Kalinino rayonu kənd sovetində qeydiyyat aparılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X2 1955-ci ildə, X7 isə 1981-ci ildə ildə Ermənistan Respublikası Kalinino rayonu İlməzli kəndində ölümlərinin qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5146/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5146/2024
24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver