Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5158/2023 21.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci ildə doğulmuş övladı X3 xx.xx.2012-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2012-ci ildə onun X7 adlı uşağı dünyaya gəlmişdir. Doğuş zamanı uşaq travma alaraq hər iki beyin hissəsinə qan sızmışdır. xx.xx.2012-ci il tarixdə uşaqla birlikdə doğum evindən çıxıb evə gəlmişdir. Lakin uşağın vəziyyəti yaxşı olmadığından sahə həkimini evə çağırmışlar. Həkim evə gəlib uşağa baxan kimi uşağın tez xəstəxanaya aparılmalı olduğunu bildirmişdir. Elə həmin gün, yəni xx.xx.2012-ci il tarixdə o, uşaqla birlikdə Gəncə şəhəri 2 saylı uşaq xəstəxanasına yerləşdirilmişdir. 10 gün ərzində xəstəxanada uşaq müalicə almışdır. xx.xx.2012-ci il tarixdə uşaqla birlikdə xəstəxanadan çıxmışdır. Həmin vaxt həkim uşağı evə buraxmaq istəməmişdir. Lakin onlar uşağı Bakı şəhərində olan xəstəxanalara aparmaq istədikləri üçün qaynanası yazılı şəkildə uşağı evə aparmaqları ilə bağlı izahat yazmışdır. Uşağı evə gətirən gün uşaq evdə vəfat etmişdir. Uşaq doğulduqdan sonra onlar doğum şəhadətnaməsi almaq üçün Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Kəpəz rayon Qeydiyyat Şöbəsindən uşaq vəfat etdikdən sonra onlarla telefon əlaqəsi saxlanılıb şəhadətnaməni götürməkləri bildirilmişdir. Həmin vaxt onlar uşağın artıq vəfat etdiyini bildirsələr də, xx.xx.2012-ci il tarixdə doğum haqqında akt qeydi tərtib edilmişdir. Başları uşağın ölümünə qarışdığı üçün ölüm haqqında akt qeydinin tərtib edilibedilməməsi ilə maraqlana bilməmişlər. 2023-cü ilin iyun ayında həyat yoldaşı ailə tərkibi haqqında arayış almaq üçün Gəncə ASAN Xidmət Mərkəzinə müraciət etmişdir. Həmin vaxt məlum oldu ki, Ramal hələ də, sağ adam kimi onların ailə tərkibinə daxildir. Buna görə 19 iyun 2023-cü il tarixdə o, Maraqlı şəxsnə müraciət edərək, Ramalın ölümü haqqında akt qeydinin tərtib olunmaqla ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. X8 uşağın ölümü haqqında tibbi arayış olmadığından ölüm haqqında qeydin aparılmasından imtina etmişdir. Bundan sonra o, “TƏBİB X13n “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X12 tibbi şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin Ramal evdə öldüyündən və onun ölümünü təsdiq edən sənədin olmamasına görə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X13 tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair məhkəmə iclaslarının onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşının gəlinidir. Təxmini 12 il bundan əvvəl oğlan uşağı olmuşdur. Uşağı anadan gəlmə xəstə və qüsurlu olmuş, sonra rəhmətə getmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid2 Kamil qızı ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. 30 ildir ki, eyni küçədə yaşayırlar. 2012-ci ildə Şəlalənin oğlan uşağı anadan olmuşdur. Uşağı anadan olduqdan sonra xəstəxanadan evə gətirmişlər. Sonra isə uşaq xəstələnmiş və uşağı 2 saylı uşaq xəstəxanasına aparmışlar. 2 saylı uşaq xəstəxanasından evə gətirdikdən sonra uşaq vəfat etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-B-2555/2023 saylı doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və bu barədə Maraqlı şəxsndə 1765 saylı doğum akt qeydi tərtib edilmişdir. X1, anası Ərizəçidır. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-1005/2023 saylı məktubundan görünür ki, X3 ölüm haqqında haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzrərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13n “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X13n 25 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Ramal Babayev adlı övladınızın evdə ölməsi tərəfinizdən qeyd edildiyi və ölüm faktını təsdiq edən sənədlərin, ölüm səbəbi barədə məlumat olmadığı üçün bu hal tərəflərindən mübahisəli hal kimi hesab edilir. Odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlar və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.2 və 5.3-cü bəndinə əsasən ölüm hadisəsi ilə bağlı X3 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13n “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs “Cavadxan” Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi X2 xx.xx.2023-cü il tarixli 278 saylı məktubundan görünür ki, Ərizəçi xx.xx.2012-ci il tarixdə ona məxsus ***-***-**-** nömrəyə zəng vurmuş və onun oğlan uşağı anadan olduğunu bildirmişdir. Ərizəçi faktiki yaşadığı yer ünvan 2 ünvandır və həmin ərazinin sakinlərinə o, ailə həkim-pediatr kimi patronaj tibbi xidməti göstərmişdir. O, xx.xx.2012-ci il tarixdə yuxarda qeyd etdiyi ünvanda Ərizəçi övladına baxış keçirmişdir. Uşağın vəziyyətinin ağır olduğu barədə ona məlumat verərək Gəncə şəhəri 2 saylı Birləşmiş uşaq Xəstəxanasına müraciət etməsini tövsiyyə etmişdir. 10 gün müddətində həmin xəstəxanada müalicə aldığına baxmayaraq uşağın vəziyyətində heç bir müsbət dinamika qeyd olunmamışdır. Valideyinlərin təkidi ilə müalicəni Bakı şəhərində aparmaq üçün uşaq olduqca ağır vəziyyətdə evə yazılmış, uşağın nənəsi X4 tərəfindən imzalanmış müalicədən imtina kağızı alınmışdır. Həmin günün axşamı uşaq vəfat etmişdir və həmin axşam dəfn edilmişdir. Bu haqda uşağın anası tərəfindən ona məlumat verilmişdir. Uşaqla bağlı onda heç bir tibbi sənədlər yoxdur. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13n “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs Uşaq Xəstəxanasının xx.xx.2023-cü il tarilxi 138/1 saylı məktubundan görünür ki, ana Ərizəçi uşağı xx.xx.2012-ci il doğumlu X7 xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci İl tarixə kimi xəstəxananın pediatriya şöbəsində (yeni doğulmuşlar üçün) XBT-a əsasən P11.9 “Doğuş travması zamanı MSS-nin dəqiqləşdirilməmiş zədələnməsi, P 90 Yeni doğulmuşların qıcolması, P23.9 Dəqiqləşdirilməmiş anadangəlmə pnevmoniya, Timomeqaliya, ikitərəfli perivenirikulyar qansızma 1 dərəcə” diaqnozu ilə müalicə olunub və lazımi müayinələrə göndərilib. Uşağın nənəsinin yazılı istəyi ilə uşağı Bakı şəhərinə müayinə və müalicə üçün aparmışlar. Uşaq xəstəxanadan aparılarkən vəziyyəti kafi olub. Nevropatoloqun və sahə həkiminin nəzarəti tövsiyə olunub. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, iş materialları ilə təsdiq olundu ki, ərizəçinin xx.xx.2012-ci ildə X7 adlı uşağı dünyaya gəlmişdir. X7 xx.xx.2012-ci il tarixdə ünvan 3 ünvanında xəstəlikdən vəfat etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin oğlu X3 xx.xx.2012-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5158/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5158/2023
21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver