Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-528/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin və Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamələr əsasında həmin mübahisəli mülkə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, vəsiyyətnamə və anasının payına dair vərəsəlik hüququ nəzərə alınmaqla həmin miras mülkə dair payının müəyyən edilməsi tələblərinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı, nümayəndəsi vəkil Nümayəndə1 vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin və Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bu şəhadətnamələr əsasında həmin mübahisəli mülkə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, vəsiyyətnamə və anasının payına dair vərəsəlik hüququ nəzərə alınmaqla həmin miras mülkə dair payının müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, M.ünvan 1 ünvanda yerləşən miras mülkə dair sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında xx.xx.2010-cu il tarixli Şəhadətnamənin və Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2010-cu il tarixli Şəhadətnamənin ləğv edilməsi, bu şəhadətnamələr əsasında həmin mübahisəli mülk üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli çıxarışların ləğv edilməsi, rəhmətlik atası X8 həmin mülk haqqındakı xx.xx.2003-cü il tarixli vəsiyyətnaməsi və rəhmətlik anası X6 həmin mülkdəki payı barədə vərəsəlik hüququ da nəzərə alınmaqla Gəncə şəhəri, M.ünvan 1 ünvanda miras qalmış mülkə dair 2/4 hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X7 Gəncə şəhəri, M.ünvan 1 ünvanda yerləşən mülk miras qalmışdır. Atası 08 iyun 2003-cü ildə, anası X12 isə xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Anası rəhmətə gedəndən az sonra evin sənədlərini nəzərdən keçirərkən ona məlum olmuşdur ki, evin sənədi atasının adından anasının və onların adına keçib, 2018-ci il tarixli çıxarış verilib. Çıxarışda onun və cavabdehlərin payının 1/8, anasının payının isə 5/8 olduğunu görmüşlər. Bu çıxarışdan tamamilə xəbərsiz olmuşdur. Ona görə də şübhələnmiş və sorğular verib Notariusdan və Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkə aid sənədləri tələb etmişdir. Sənədlərdən məlum olmuşdur ki, 2003-cü ildə atası onun və anasının adına vəsiyyətnamə verib, 2010cu ildə vərəsəlik əməliyyatı aparılıb, vəsiyyətnamə nəzərə alınmamış, rəhmətlik anasına mülkün 1/2 hissəsi birgə əmlak kimi verilib və mülkün qalan hissəsi də bərabər paylarla bölünmüşdür. Ən maraqlı və ən heyrətləndirici hal isə budur ki, o, ümumiyyətlə bu vərəsəlik işində iştirak etmədiyi halda kimsə onun adından iştirak etmiş və imza atmışdır. Nəticədə üç qanunsuz hal baş vermişdir: əmlak valideynlərin birgə əmlakı olmadığı halda mülkün 1/2 hissəsinə dair anasına şəhadətnamə verilmiş, onun imzası saxtalaşdırılaraq əmlakın digər hissəsinə dair vərəsəlik şəhadətnaməsi verilmiş, vəsiyyətnamə ondan gizlədilmişdir. Cavabdehlər anası ilə birlikdə notariusa müraciət edərək bu şəhadətnamələri almışlar. Onlar vəsiyyətnamənin mövcudluğunu ondan gizlədərək payının az verilməsinə nail olmuşlar. Bununla da anasının payı artıq yazılmış və bu gün də anası dünyasını dəyişdiyinə görə cavabehlər əslində onun hüququ olan hissəyə dair artıq miqdarda paya sahib olurlar. Halbuki bu saxta şəhadətnamələr olmasaydı, vəsiyyətnamə icra edilsəydi, onun və anasının payı hər birində 3/8 olmalı idi. Anası dünyasını dəyişəndən sonra isə onun payı vərəsələr arasında bölünərək cavabdehlərin hər biri yekunda 2/8 paya, o isə 4/8 (2/4) paya sahib olmalı idi. Hazırki vəziyyətdə isə anasının 5/8 payı vərəsəlik olunsa, hər bir vərəsənin payı 8/24 (1/3) olacaq. Cavabdehlərin və anasının müraciətləri əsasında və onun iştirak etmədiyi vərəsəlik işində vəsiyyətnamənin nəzərə alınmaması və anasının birgə əmlakdakı pay kimi pay alması belə bir halın yaranmasına gətirib çıxarmışdır. Cavabdehlər buna göz yumaraq və şərait yaradaraq onun payının hesabına əmlak xeyiri əldə etmişlər. Bununla əlaqədar olaraq həmin qanunsuz şəhadətnamələrin ləğvi, həmçinin yeni vərəsəlik əməliyyatı aparılaraq paylarının müəyyən edilməsi xahişi ilə notariat ofisinə müraciət etmişdir. Notarius məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, M.ünvan 1 ünvanda yerləşən miras mülkə dair xx.xx.2010-cu il tarixli "Sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin" və xx.xx.2010-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin", xx.xx.2017-ci il tarixli "Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin" və xx.xx.2018-ci il tarixli "Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin" etibarsız hesab edilməsi, bu notariat əməliyyatları əsasında həmin mübahisəli mülk üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixdən cari tarixədək verilmiş bütün çıxarışların, o cümlədən xx.xx.2011-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli çıxarışların etibarsız hesab edilməsi, rəhmətlik atası X8 həmin mülk haqqındakı xx.xx.2003-cü il tarixli vəsiyyətnaməsi və rəhmətlik anası X6 həmin mülkdəki payı barədə vərəsəlik hüququ da nəzərə alınmaqla Gəncə şəhəri, M.ünvan 1 ünvanda yerləşən miras mülkə dair 2/4 hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 iştirak etmiş, təmsil etdiyi iddiaçının iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə2 iştirak etmiş, iddia ərizəsinə etiraz etmiş və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı 2000-ci ildən ailəsi ilə Rusiya Federasiyasına getmiş və həmin vaxtdan da orada yaşayır. Ara-sıra, təxminən 7-8 dəfə Gəncə şəhəri, M.ünvan 1 ünvanına gəlmişdir. Atasının ölümündən bir neçə gün əvvəl gəlmiş və öz ailəsi ilə bir müddət həmin evdə qalmışdır. Atası sağ ikən Asimə vəsiyyət etmiş və notarius evə gəlib vəsiyyətnaməni təsdiq etmişdir. Atası vəsiyyətnamə barədə övladlarının hamısına, o cümlədən Asimin özünə də dediyindən, Asimin vəsiyyətnamədən xəbəri olmuşdur. Asim həm yas mərasimi, həm də evin abadlıq işləri üçün xeyli vəsait xərcləmiş, daima anasının şəxsi ehtiyacları və evin saxlanmasında maddi, mənəvi dəstək göstərmişdir. Sonda iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Gəncə şəhəri 2 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə2 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki işin materiallarından müəyyən olunur ki, mirasqoyan X13 08 iyun 2003-cü ildə ölmüşdür. Mülki işin materiallarından müəyyən olunur ki, Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanlı daşımnaz əmlak 08 iyun 2003-cü ildə ölmüş X7 miras qalmışdır. İşdə olan xx.xx.2003-cü il tarixdə Gəncə şəhər 7 saylı notariat ofisində reyestrdə 2V- 1-74 nömrə ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, X5 şəhəri, M.ünvan 1 ünvanında olan əmlakını ½ hissəsini arvadı X9, ½ hissəsini İddiaçı vəsiyyət etmişdir. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 nikahları 23 aprel 1965-ci il tarixdə 481 saylı akt qeydi ilə bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 birgə nikahlarından xx xxxx 1966-cı il tarixdə Cavabdeh1 anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 birgə nikahlarından xx xxxxxx 1968-ci il tarixdə Cavabdeh2 anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 birgə nikahlarından xx xxxx 1971-ci il tarixdə İddiaçı anadan olmuşdur. İşdə olan ərizənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2010-cu ildə Gəncə şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Gəncə şəhəri, M.ünvan 2 miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan ərizənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2010-cu ildə Gəncə şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Gəncə şəhəri, M.ünvan 2 miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu ildə Gəncə şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Gəncə şəhəri, M.ünvan 2 miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan ərizənin surətindən görünür ki, X12 xx.xx.2010-cu ildə Gəncə şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Gəncə şəhəri, M.ünvan 2 miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, 08 iyun 2003-cü il vəfat etmiş X2 qalmış arvadı X10r. Ümumi birgə əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli 151 saylı arayışına əsasən X4na məxsus olan ünvan 3 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən miras evdən ibarətdir. X6 həmin ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X9 ümumi əmlakdan payın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli 2V-1-290 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 08 iyun 2003-cü il vəfat etmiş X8 vərəsələri, arvadı X12 və uşaqları İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər biri miras əmlakdan bərabər hissələrdə irs almadır. Miras əmlak ünvan 3 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən Tik “A” 24.8 kv.m, yaş sahə, bir otaq, 6.8 kv.m köm. sahədən ibarət miras evdən ibarətdir. İşdə olan xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2, 5/8 hissəsi X6 adına mülk kimi qeydə alınmışdır. İşdə olan xx.xx.2016-ci il tarixli, Seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2, 5/8 hissəsi X6 adına mülk kimi qeydə alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, Seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 6/8 hissəsi Cavabdeh2 adına mülk kimi qeydə alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, Seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi Cavabdeh2, 5/8 hissəsi X6 adına mülk kimi qeydə alınmışdır. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş 15 sentyabr 2017-ci il tarixli, 4Ə-2229 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 şəhəri, Məhəmməd ünvan 2 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 5/8 hissəsini Cavabdeh2 bağışlamışdır. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş 12 iyul 2018-ci il tarixli, 4Ə-2017 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən 106.1 kvadrat metr ərazisi olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 6/8 hissəsindən 5/8 hissəsini X9 bağışlamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə ölmüşdür. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, iddiaçının mərhum atası, mirasqoyan X13 xx.xx.2003-cü ildə ölmüşdür. Həmin vaxt X4nun qanun üzrə birinci növbəli dörd vərəsəsi-arvadı X12 və hazırki işdə tərəflər olan üç övladı olmuşdur. Mərhum X1-xx.xx.2003-cü il tarixdə Gəncə şəhər 7 saylı notariat ofisində reyestrdə 2V-1-74 nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə Gəncə şəhəri, M.ünvan 1 ünvanında olan əmlakın ½ hissəsini arvadı X9, ½ hissəsini isə İddiaçı vəsiyyət etmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə 08 iyun 2003-cü ildə vəfat etmiş X7 miras qalmış ünvan 3 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən evin 1/2 hissəsi ölənin sağ qalmış arvadı X6 əmlakı hesab edilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli 2V-1-290 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 08 iyun 2003-cü il vəfat etmiş X7 miras qalmış ünvan 3 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən Tik “A” 24.8 kv.m, yaş sahə, bir otaq, 6.8 kv.m köm. sahədən ibarət miras əmlakda ölənin vərəsələri X12, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər birinin bərabər miras paylarının olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanda yerləşən 0,0577 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/8 hissəsi Cavabdeh1m, 1/8 hissəsi Cavabdeh2, 5/8 hissəsi X6 adına mülk kimi qeydə alınmışdır. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli Şəhadətnamələri əsasında mirasın 5/8 hissəsini əldə etmiş vərəsə X12 xx.xx.2024-cü ildə ölmüşdür. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin və Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli 2V-1-290 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz verildiyini, bununla da anasının payının artıq yazıldığını iddia etmiş, bundan başqa mərhum atasından miras qalmış həmin əmlak barəsində atasının ona və mərhum anasına vəsiyyətnamə verdiyini, ancaq miras sənədləşdirilərkən vəsiyyətnamənin nəzərə alınmadığını göstərmişdir. İddia ərizəsində iddiaçı atasından qalmış mirasın qəbulu barədə özünün notariat orqanına müraciət etmədiyini bildirmiş və mirasın qəbulu barədə onun adından başqa şəxsin notariat orqanına müraciət etdiyini göstərmişdir. Həmçinin, atasından miras qalmış əmlakın ½ hissəsinə anasının payının olmadığını, miras əmlakın valıdeynlərinin birgə nikahı dövründə qazanılmış əmlak olmadığını, həmin əmlakda yalnız mərhum atasının payının olduğunu göstərmişdir. Məhkəmədə Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı 2000-ci ildən ailəsi ilə Rusiya Federasiyasına getmiş və həmin vaxtdan da orada yaşayır. Ara-sıra təxminən 7-8 dəfə Gəncə şəhəri, M.ünvan 1 ünvanına gəlmişdir. Atasının ölümündən bir neçə gün əvvəl Azərbaycana gəlmiş və öz ailəsi ilə bir müddət həmin evdə qalmışdır. Atası sağ ikən Asimə vəsiyyət etmiş və notarius evə gəlib vəsiyyətnaməni təsdiq etmişdir. Atası vəsiyyətnamə barədə övladlarının hamısına, o cümlədən Asimin özünə də dediyindən Asimin vəsiyyətnamədən xəbəri olmuşdur. İş materiallarından göründüyü kimi, X4ndan qalmış miras 2003-cü ildə açılmış, iddiaçı həmin vaxt atasının öldüyünü bilmişdir. İddiaçının özünün məhkəməyə bildirdiklərinə görə, o, miras açıldıqdan sonra, heç vaxt mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə ilə müraciət etməmişdir. Həmçinin, iş materiallarından işin faktiki halı kimi müəyyən edilir ki, iddiaçı vəsiyyətnamənin mövcudluğundan məlumatlı olmuş, ancaq vəsiyyət üzrə vərəsə kimi qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməmiş, bununla da özünün vəsiyyət üzrə mümkün vərəsəlik hüquqularını gerçəkləşdirməmiş, nəticə etibarı ilə mərhum atasından miras qalmış əmlak barəsində vəsiyyət üzrə vərəsə hüquqlarını itirmiş, həmçinin, Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli 2V-1-290 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2010-cu il tarixli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür. Belə ki, X4ndan qalmış miras 2003-cü ildə açıldığından həmin miras əmlak barəsində olan mübahisəyə 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Baxılan işdə mirasın açıldığı 2003-cü ildə Mülki Məcəllənin qüvvədə olan 1246-cı maddəsində deyilirdi: “vərəsə vərəsəliyə çagırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki Məcəllənin 1272-ci maddəsi ilə baglı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 16 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeni önəçəkən məhkəmə bu qənaətdədir ki, iddiaçı 2003-cü ilə atasından miras qalmış əmlak barəsində 2010-cu ildə verilmiş "Sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin" və xx.xx.2010-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin" etibarsız sayılması tələbinə dair hazırki iddianı qaldırarkən Mülki Məcəllənin 1272-ci maddəsi ilə nəzərdə tutulan iki aylıq kəsici müddəti ötürmüşdür. Beləliklə, məhkəmə hazırki işin müəyyən edilən hallarına tətbiq edilməli olan, yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqindən belə qərara gəlir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin Gəncə şəhəri, M.ünvan 1 ünvanda yerləşən miras mülkə dair xx.xx.2010-cu il tarixli "Sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin" və xx.xx.2010-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin" etibarsız sayılması hissələri qanuni əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, iddia tələbinin qalan hissələri həmin şəhadətnamələrin etibarsız sayılması halında təmin oluna bilən tələblərdir ki, artıq yuxarıda qeyd edildiyi kimi, şəhadətnamələrin etibarsız sayılması tələbi hissədə iddia əsassız sayılmışdır. Ona görə də, məhkəmə hesab edir kı, qalan tələblər üzrə araşdırmaların aparılmasına zərurət qalmır və qalan tələblər də təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin və “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamələr əsasında həmin mübahisəli mülkə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, vəsiyyətnamə və anasının payına dair vərəsəlik hüququ nəzərə alınmaqla həmin miras mülkə dair payının müəyyən edilməsi” tələblərinə dair iddia əsassız olduğundan təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-528/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-528/2025
03.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver