Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-530/2025 03.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1956-cı ildə anadan olmuş anası X2 09 noyabr 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.1980-ci il tarixdə X6 və X2 birgə nikahından anadan olmuşdur. Anası xx.xx.1956-cı ildə anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 24-cü küçədə ünvansız fərdi yaşayış evinin hamam otağında esens məhlulu içərək intihara cəhd etmiş və həmin gün saat 18 radələrində Gəncə şəhəri Z.Məmmədov adına Gəncə şəhər X12 Xəstəxanasında vəfat etmişdir. Gəncə Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından da görünür ki, ölüm faktı baş vermişdir. O, həmin sənədlərlə mərhum anası X2 barəsində ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat Şöbəsindən ona xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-2426 nömrəli məktubla tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göründüyü kimi X2 barəsində ölüm haqqında şəhadətnamənin alınması başqa qaydada mümkün olmadığından onun ölüm faktının müəyyən edilməsi barədə müvafiq ərizə ilə məhkəməyə müraciət edilir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs arayışından görünür ki, Ərizəçi xx xxxxxx 1980-ci ildə doğulmuşdur, atası X6, anası X3r. Qeyd edilən sübutdan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X2 oğludur və hazırki ərizə ilə məhkəməyə müraciət emək hüququ vardır. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1956-cı ildə anadan olmuşdur. Mülki işin materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 25 oktyabr 1978-ci ildə X6 adlı şəxslə rəsmi nikah bağlamış və onun soyadı Abbasovadan İbrahimovaya dəyişdirilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 24-cü küçədə ünvansız fərdi yaşayış evinin hamam otağında essens məhlulu içərək intihara cəhd etmiş və həmin gün saat 18 radələrində Gəncə şəhər Z.Məmmədov adına Gəncə şəhər X12 Xəstəxanasında vəfat etmişdir. Toplanmış 24-3-2- 2-415-0606(528-c-24) nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, Ərizəçi xx.xx.1956-cı ildə anadan olmuş anası X4 xx.xx.2024-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı ildə Gəncə şəhərində doğulmuş İbrahimova (əvvəlki soyadı Abbasova) Məlahət Bəhrəm qızının xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-530/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-530/2025
03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver