Məhkəmə qərarları › İş №2(125)-5309/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5309/2023

14.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5309/2023 14.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçinın “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X1nun xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X12 ilə rəhmətlik anası X3 nikahlarından 3 uşağı olmuşdur. 2 qardaş və 1 bacı. X1 xx.xx.2023-cü il tarixdə vəfat edib. Lakin onun ölüm şəhadətnaməsini ala bilməmişlər. Müvafiq tibb müəssisəsi tibbi şəhadətnaməni vermir. Rəhmətlik qardaşı qeyri-rəsmi nikahla evli idi. Həmin nikahdan xx.xx.2023-cü il tarixdə onların Dürdanə adlı bir qızları dünyaya gəlib. Lakin rəhmətlik qardaşı uşağa atalıq verməyə fürsət tapmadan qəfil rəhmətə getmişdir. Qardaşının ölüm şəhadətnaməsi olmadığı üçün uşağın atalığı müəyyən edilə bilmir. Həmçinin anasından qalan evin vərəsəlik işlərini aparmaq üçün də rəhmətlik qardaşının ölüm haqda şəhadətnaməyə ehtiyacı var. Bununla bağlı onlar Qeydiyyat və Notariat Baş İdarəsinin Maraqlı şəxsnə müraciət etmişlər. Orada isə imtina edərək bildirdilər ki, yalnız məhkəmə qaydasında bu fakt müəyyən edilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallaırnda olan dooğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X5 və xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi atası X12, anası X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ölüm haqqında şəhadətnaməsinin yazılması barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini X11 X19 Şəhər Birləşmiş Xəstəxanasi Phş TTTYS-nin xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, X5 adına çağırış olub, xəstəyə təcili yardıma qədər qəfləti koronar ölüm diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini X11 X19 Şəhər Birləşmiş Xəstəxanasi Phş Nizami ASM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 28 nömrəli məktubundan görünür ki, vətəndaş X5 şəxsiyyəti təsdiq edən sənədinin olmaması səbəbi ilə ölüm haqqında şəhadətnamə verə bilmədikləri qeyd olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, X9 xx.xx.2023-cü ildə 1 nömrəli qəbirsanlıqda dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, Elmar onun kürəkənidir, qızı Ülviyyə ilə ailəli idi. Elmar xəstə olduğu üçün xx.xx.2023-cü il tarixtə vəfat edib. X7 adlı bir övladı var. Elmar Səbzikarda valideyinlərinin yanında dəfn olunub. O, Elmarın dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Elmar onun əridir. Elmar xəstə olduğu üçün 2023-cü ilin iyun ayında vəfat edib. Onun Elmarla rəsmi nikahları olmamışdır və Dürdanə adlı bir övladları doğulmuşdur. Səbzikarda Elmar valideyinlərinin yanında dəfn olunub. O, Elmarın dəfnində iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçinın mərhum qardaşı xx.xx.1984-cü il təvəllüdlü X1na ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1984-cü il təvəllüdlü X1nun xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar