Məhkəmə qərarları › İş №2(125)-5522/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5522/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5522/2023 11.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü atası X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X9 xx.xx.1955-ci il tarixdə Xanlar rayonu, Qırıxlı kəndində anadan olmuşdur. Atası 23 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli kəndində evlərində rəhmətə getmişdir. Rəhmətə gedərkən Təcili və X4 103 xidmətinə müraciət etmişlər. Həkimlər atasının rəhmətə getməsi ilə bağlı arayış təqdim etmişlər. Atasını Samux rayonu, İnstitut qəsəbəsi qəbiristanlığında dəfn etmişlər. Ölüm şəhadətnaməsi almaq üçün 7 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Ancaq onlar imtina etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, mərhum atası X2 xx.xx.2023-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, Ərizəçi əridir. X7 qayınatası olmuşdur. X8 vəfat edən zaman o, iş yerində idi. Arvadı Ərizəçi ona zəng edərək atasının vəfat etdiyini bildirdiyi üçün dərhal evə gəlmiş və təcili tibbi yardım çağırmışdır. X3koloji xəstə olduğu üçün 23 iyun 2023-cü il tarixdə vəfat etmişdir. O, qayınatası X12 dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, ərizəçi Şəhla Qurbanovanın qohumudur. X11koloji xəstəlikdən əziyyət çəkmiş və 23 iyun 2023-cü il tarixdə vəfat etmişdir. X12 yas və dəfn mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 03 iyul 2023-cü il tarixli, 3-16-5/15-1461-23 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölümün müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Xİ-ЖГ seriyalı, 491411 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 05 noyabr 1986-cı il tarixdə doğulmuşdur. Valideynləri atası – X9, anası – X1r. Təcili və X4 Stansiyası Xəbərdarlıq vərəqəsindən görünür ki, 23 iyun 2023-cü il tarixində 18:25 saatlarında Abşeron rayonu, Hökməli kəndinə çağırış olmuşdur. Xəstənin adı X6r. Aparılmış müalicə tədbirləri nəticəsində həkiməqədər ölüm kişi cinsinə mənsub meyit müəyyən edilmişdir. Meyitin gözlə görünən nahiyələrində xəsarət izinə rast gəlinməmişdir. Azərbaycan Respublikası Samux rayon İnstitut qəsəbə və Bağbanlar kənd Bələdiyyəsi tərəfindən verilmiş 33 nömrəli, 05 iyul 2023-cü il tarixli arayışdan görünür ki, mərhum X9 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Hökməli kəndində vəfat etmişdir və həqiqətən İnstitut bələdiyyəsinin nəzdində olan İnstitut qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1955-ci il təvəllüdlü X9 23 iyun 2023cü il tarixdə Abşeron rayonu, Hökməli kəndində vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X2 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, xx.xx.1955-ci il təvəllüdlü X2 23 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli kəndində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X2 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X2 23 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli kəndində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar