Məhkəmə qərarları › İş №2(125)-5671/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5671/2024

10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5671/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, Həsənov Arif Ariz oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1964-cü ildə anadan olmuş anası X4 03 aprel 2022ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək bildirmişdir ki, o, xx xxxxxxx 1985-ci ildə X3 ilə X4 birgə nikahlarından dünyaya gəlmişdir. 21 aprel 1964-cü ildə anadan olmuş anası X6 03 aprel 2022-ci ildə uzun müddət şəkərli diabet - ağır formalı, aşağı ətrafların qanqrenası diaqnozu ilə müalicə olunduqdan sonra vəfat etmişdir. Həmin zaman X12 çağırılmış, X12 xx.xx.2022-ci il tarixdə saat 08:50-də evə gələrkən anası artıq ölmüş, TTTYS bu barədə 705 saylı xx.xx.2022-ci il tarixli arayış vermişdir. Anası ölən zaman onun ölümü ilə bağlı tibbi şəhadətnamə almamışdır. Maraqlı şəxs ölüm faktına dair şəhadətnamənin yalnız tibbi şəhadətnamə olduğu halda mümkün olduğunu bildirmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1985-ci ildə doğulmuşdur, atası X3, anası X5r. Qeyd edilən sübutldan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X4 oğludur və hazırki ərizə ilə məhkəməyə müraciət emək hüququ vardır. Mülki işin materiallarəında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 21 aprel 1964-cü ildə anadan olmuşdur. Mülki işin materiallarəında olan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 26 noyabr 1985-ci ildə X3 adlı şəxslə rəsmi nikah bağlamış və onun soyadı Paşayevadan Quliyevaya dəyişdirilmişdir. İşdə olan Gəncə şəhər X2 Hüquqi şəxs təcili və təxirəsalınmaz tibbi yardım stansıyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 705 saylı arayışdan görünür ki, Şıxlinski küçəsi ev 22 ünvana X6 adına çağırış olub və xəstəyə təcili yardıma qədər ölüm, şəkərli diabet ağır formalı, aşağı ətrafların qanqrenası diaqnozu qoyulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, iş materialları ilə təsdiq olundu ki, Ərizəçi 21 aprel 1964-cü ildə anadan olmuş anası X6 03 aprel 2022-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 21 aprel 1964-cü il tarixdə Gəncə şəhərində doğulmuş Quliyeva (əvvəlki soyadı Paşayeva) Qəmər Nəbi qızının 03 aprel 2022-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar