Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5682/2025 03.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuş qardaşı X11 ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1961-ci il tarixdə anadan olmuş qardaşı X11 xx.xx.1961-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş X20 onun qardaşı olmuş, lakin anadan olduqdan qısa bir müddət sonra xəstə olduğu üçün xx.xx.1961-ci il tarixdə ölmüş və Gəncə şəhərində «Səbiskar» adlanan qəbirstanlıqda dəfn olunmuşdur. X2 ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamışdır. Lakin ünvan 1 ünvanında yerləşən əmlak ərizəçinin mərhum atasının mülkiyyətindədir və həmin əmlaka sair sənədləşmə işi aparılarkən X11 razılığı və ya ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bundan sonra Gəncə şəhəri qeydiyyat şöbəsinə müraciət edərək, X11 ölümünün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmasını xahiş etmişdir. Lakin həmin şəxsin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində maraqlı şəxsin nümayəndəsi A.A.Hüseynova məhkəmə iclasını maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahid ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı X3 qızıdır. X1 İsa Mirzəli oğlu nikaha girmiş, onların birgə nikahlarından X21, Ərizəçi, X23 və X20 adlı uşaqları anadan olmuşdur. X20 andan olduqdan 3 ay sonra vəfat etmiş, F.İ.Hüseynovun ölüm səbəbi bilinməmiş, həkimlər ölüm səbəbi kimi süddən zəhərlənmə göstərmişlər. F.İ.Hüseynov yaşadıqları mənzildə vəfat etmişdir. İşdə olan АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə anadan olmuş X12 atası X13, anası X4r. İş materiallarında olan АЗ seriyalı 221873 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə anadan olmuş X14 atası X13, anası X4r. İşdə olan Vİ-ЖГ seriyalı 290503 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə anadan olmuş Ərizəçi atası X13, anası X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/023465-25 nömrəli arayışdan görünür ki, xx.xx.1934-cü il təvəllüdlü X10 (xx.xx.2006-cı il tarixdə vəfat edib) ailə üzvləri xx.xx.1940-cı il təvəllüdlü arvadı X7 (xx.xx.1992-ci il tarixdə vəfat edib), oğlu xx.xx.1961-ci il təvəllüdlü X20, oğlu xx.xx.1962-ci il təvəllüdlü X23, qızı xx.xx.1965-ci il təvəllüdlü X22 və qızı xx.xx.1979-cu il təvəllüdlü Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-2221 nömrəli məktubun surətindən görünür ki, X11 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı 328868 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İşdə olan AZ-İ seriyalı 186312 nömrəli haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, **********60-05101-093010 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X10 mülkiyyətindədir. İşdə olan xx.xx.1961-ci il tarixli, 3281 nömrəli doğum akt qeydinin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş X11 atası X13, anası X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-13-3029/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş X11 atası xx.xx.1934-cü il təvəllüdlü X13 (xx.xx.2006-cı il tarixdə vəfat edib), anası xx.xx.1940-cı il təvəllüdlü X7 (xx.xx.1992-ci il tarixdə vəfat edib), oğlu xx.xx.1961-ci il təvəllüdlü X20, qardaşı xx.xx.1962-ci il təvəllüdlü X23, bacısı xx.xx.1965-ci il təvəllüdlü X15r. İşdə olan Gəncə şəhər Prokurorluğu tərəfdən verilmiş xx.xx.2025-ci il tarixli, 2-2- 415/3-152972/2025 nömrəli məktubdan görünür ki, Gəncə şəhər prokurorluğunda X20 barəsində hər hansı araşdırma materialı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 57/2-33295/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X11 barəsində Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli orqanlarında təqsirləndirici material qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-39-2/2-7668/25 nömrəli məktubdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X5 Təhlükəsizliyi Xidmətinin əməliyyat qeydiyyatları üzrə keçmir. Araşdırma zamanı qeyd olunan şəxsin Azərbaycan Respublikası ərazisində qeydiyyat və yaşayış ünvanı barədə hər hansı məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır.Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş X11 xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş X11 xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş X11 xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5682/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5682/2025
03.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver