Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5792/2025 26.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X2 xx.xx.1977-ci ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi ilə əvəz olunmuşdur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev 2001-ci ildə vəfat etmiş atası X5 məxsusdur. Bu barədə qeydiyyat vəsiqəsi vardır. Həmin mülkdə anadan olandan yaşayır və mirası təkcə özü qəbul etmişdir. Atası sağlığında həmin evə dair ona vəsiyyətnamə verdiyindən və həmin mülkü özününkü hesab etdiyindən, ev halhazıra kimi atasının adında qalmışdır. Hazırda həmin mülkü öz adına qeyd etdirmək istədikdə qardaşı xx.xx.1975-ci ildə anadan olmuş və xx.xx.1977-ci ildə vəfat etmiş X2 ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Qardaşı 2 yaşında vəfat etmişdir, lakin onun barəsində ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X6 göstərdi ki, Ərizəçi qardaşıdır. Ailədə 4 uşaq olmuşdurlar. Dİgər qardaşı Mustafa təxminən 1 yaş 8 aylıq olardı ki, xx.xx.1977-ci ildə qəflətən vəfat etmişdir. Həmin vaxt o, 9-cu sinif şagirdi olmuşdur. Yanvarın 10-da məktəblərdə qış tətili olduğuna görə evdə olmuş, uşaq həmin gün vəfat etmişdir. Əmisi oğlu Abbas Səhhət xəstəxanasında həkim işlədiyinə görə uşağı əvvəlcə onun yanına aparmış, ancaq çarəsiz eyni vəziyyətdə evə geri qaytarmış, İmamzadə qəbiristanlığında dəfn etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 göstərdi ki, Ərizəçi əmisi oğludur. Qəzənfər kişi əmisi olmuş, əmisinin o vaxtlar dediyinə görə Mustafa doğulduqdan 1 il, 1 il yarım sonra vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan:- xx.xx.2025-ci il tarixli, 3-16-5/8-70-Ə-3061/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş X2 ata qrafasında X8, ana qrafasında X4 qeyd olunmuşdur. AZ 052525 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2001-ci ildə ölmüşdür. Azərbaycan Sovet Sosialist Respublikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli, 736 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 2-ci döngə ünvanında yerləşən 12A nömrəli ev X3 adına qeydə alınmışdır. Gəncə şəhər 2 nömrəli dövlət notariat kontorunda 5-1-88 reyestr nömrə ilə qeydə alınmış xx.xx.1990-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X8 özünə məxsus olan Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 2-ci döngə ünvanında yerləşən 12A nömrəli evi oğlu Ərizəçi vəsiyyət etmişdir. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X2 doğum və ölüm tarixləri xx.xx.1975xx.xx.1977- ci il olaraq göstərilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-2772 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş qardaşı X9 1 yaş 2 aylıq olarkən xx.xx.1977-ci ildə vəfat etmişdir. X2 ölümü ilə bağlı tibbi şəhadətnamə olmadığı üçün ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçi həmin sənədi əldə edə bilmədiyi üçün mərhum atası X1 qalmış mirasla bağlı vərəsəlik işlərini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin qardaşı xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş X9 xx.xx.1977-ci ildə vəfat etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş X2 xx.xx.1977-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş X2 xx.xx.1977-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5792/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5792/2025
26.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver