Məhkəmə qərarları › İş №2(125)-5826/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5826/2024

28.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5826/2024 28.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Hacıkənd qəsəbə sakini Cavabdeh Nizamı oğlunun Hacıkənd meşəbəyliyinin 2 saylı dolayının 7-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.03 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 10 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə tərəfindən mənə ayrılmış GöyGöl X2 mərkəzinin Hacıkənd meşəbəliyinin 1-ci kvartalm 28-ci bölməsindən ayrılmış 0.20 ha torpaq sahəsindən istifadə və sahiblik hüququnun həyata keçirilməsi ilə bağlı edilən maneənin aradan qaldırılmasına, cavabdehin torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə iclasında cavabdeh mülki işlərin bir icraatda birləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, icraatında olan mülki işlər üzrə eyni tərəflərin bir-biri ilə ziddiyyət təşkil edən tələblərinin olmasını nəzərə alaraq məhkəmənin eyni mübahisə predmeti üzrə vahid qərar qəbul etməsini təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair 2(125)-5826/2020 saylı mülki iş iddiaçı X1 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(125)-142/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki iş üzrə icraat 2(125)-142/2024 nömrə altında davam etdirilsin. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar