Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5859/2024 25.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, X10 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X5 15 may 1993-cü ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə xx.xx.1981-ci il tarixdə nikaha daxil olmaqla, ailə qurmuşdur. Onunla birgə nikahdan xx.xx.1982-ci il təvəllüdlü X13, xx.xx.1984cü il təvəllüdlü X11 və xx.xx.1985-ci il təvəllüdlü X14 adında üç uşaqları dünyaya gəlmişdir. Övladlarından qızı Afaq anadangəlmə qüsurlu doğulmuş və 9 yaşına kimi onun himayəsində xəstə olaraq eyni vəziyyətdə yaşamışdır. Nəhayət, uzun sürən xəstəlikdən sonra qızı xx.xx.1993-cü ildə vəfat etmişdir. O, el adətinə uyğun olaraq, İmamzadə qəbristanlığında dəfn edilmişdir. Qızının vəfat etməsindən uzun illər keçməsinə baxmayaraq, onun ölüm haqqında şəhadətnamə almamışdır. Bu yaxınlarda vərəsəlik və eləcə də digər məsələlərin həll olunması üçün onun ölüm haqqında şəhadətnamə tələb olundu. Buna görə də o, ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Müraciətinə qeydiyyat şöbəsində baxılmış və ona rəsmi cavab verilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1993-cü ildə vəfat etmiş X5 haqqında tibbi şəhadətnamə olmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil. Buna görə də məhkəməyə müraciət olunmalıdır. Qeyd olunan tibbi şəhadətnamə olmadığından həmin sənədi o, qeydiyyat şöbəsinə təqdim edə bilməmişdir. Məhz, buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qızının vəfat etməsini məhkəmədə təsdiq edəcək şahidlər vardır. Həmin şəxslərdən bir neçə nəfər tərəfindən məhkəməyə dəvət olunacaqdır. Onlar aşağıdakı şəxslərdir: 1. X1; 2. X15; 3. X2. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsi və mərhum xx.xx.1984-cü il təvəllüdlü X5 15 may 1993-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin, Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub göndərərək, məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşının arvadıdır. Ərizəçi ilə qardaşı Fazil Qəhrəmanov nikahlarını rəsmiləşdirərək, ailə həyatı qurmuş və birgə ailə münasibətlərindən Afaq, Fuad və Faiq adında 3 uşaqları doğulmuşdur. Afaq adlı uşaq 15 may 1993-cü ildə xəstəlikdən vəfat etmiş və “İmamzadə” Dini Kompleks qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçi onun əmisinin arvadıdır. Ərizəçinin 3 uşağı doğulmuş, həmin uşaqlardan Afaq 15 may 1993-cü ildə vəfat etmişdir. Vəfat edən zaman Afaqın 9 yaşı var idi. Afaq Qəhrəmanova “İmamzadə” Dini Kompleks qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində şəxsən iştirak etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İİ-JQ seriyalı, 452686 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə Ərizəçi arasında nikah 18 iyul 1981-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 iyul 1981-ci il tarixdə 987 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Qəhrəmanov”, arvada “Hüseynova” soyadı verilmişdir. Vİİİ-JQ seriyalı, 367407 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 25 aprel 1982-ci il tarixdə doğulmuşdur. Atası: X4, anası: Ərizəçidır. X-JQ seriyalı, 290107 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 15 aprel 1984-cü il tarixdə doğulmuşdur. Atası: X4, anası: Ərizəçidır. AZ-İİİ seriyalı, 355738 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 20 sentyabr 1985-ci il tarixdə doğulmuşdur. Atası: X4, anası: Ərizəçidır. Azərbaycan Respublikası Samux rayonu, Zazalı Bələdiyyəsi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 038 nömrəli arayışdan görünür ki, Ərizəçi övladı mərhum X11 15 may 1993-cü ildə Samux rayonunun Zazalı, Tatlı, Alıuşağı və Qiyaslı kəndləri üçün ayrılmış qəbiristanlıqda dəfn olunmuşdur. Bu günə qədər mərhumun qəbrini onun anası Ərizəçi, atası Qəhrəmanov Fazil, qardaşları Qəhrəmanov Faiq və Qəhrəmanov Fuad ziyarət edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-13-1870 nömrəli məktubunda vətəndaş Ərizəçi bildirilmişdir ki, hazırda X5 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1984-cü il təvəllüdlü X11 15 may 1993-cü ildə Gəncə şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Samux rayonu, Zazalı Bələdiyyəsi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 038 nömrəli arayışda da Ərizəçi övladı mərhum X5 15 may 1993-cü ildə Samux rayonunun Zazalı, Tatlı, Alıuşağı və Qiyaslı kəndləri üçün ayrılmış qəbiristanlıqda dəfn olunduğu, bu günə qədər mərhumun qəbrini onun anası Ərizəçi, atası Qəhrəmanov Fazil, qardaşları Qəhrəmanov Faiq və Qəhrəmanov Fuadın ziyarət etdiyi bildirilmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X6 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1984-cü il təvəllüdlü X5 15 may 1993-cü ildə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X5 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X5 15 may 1993-cü ildə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5859/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5859/2024
25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver