Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-586/2023 10.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə Şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 *1 avqust 2*22-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X2 onun doğma oğludur.O, mərhum X5la birlikdə ünvan 1 ünvanında yaşamışdır. X5 orta təhsilli olmuş, əvvəllər evlənib, sonra boşanmışdır. Əmrah evləndikdən sonra onda psixoloji xəstəlik olmuş, ruhiəsəb xəstəsi olmuş, uzun müddət Gəncə şəhər Ruhi Əsəb və Psixonevroloji dispanserdə qeydiyyatda olmuş, daimi olaraq oradan gedib, onun üçün dərmanlar almış, xəstəliyi ilə əlaqədar olaraq özünə qapanmış, evdən bayıra çıxmamış, heç bir yerdə işləməmişdir. Özü şəkərli diabet xəstəsi olduğu üçün *1 avqust 2*22-ci il tarixdə saat 11 radələrində xəstəxanadan dərmanlarını götürmək üçün evdən çıxmış, Əmrah evdə tək qalmışdır. Evdən çıxdıqdan yarım saat sonra evə qayıtdıqda qapını döysə də, Əmrah qapını açmamış, daha sonra darvazanın açıq olduğunu görüb içəri daxil olub Əmrahı səsləsə də, ona cavab verməmişdir. Daha sonra həyətə tərəf keçdikdə evin həyətindəki damda Əmrahın özünü bərk materialdan olan məftillə boğazından asdığını görüb qonşuları köməyə çağırmış, onun boğazındakı məftillə açıb yerə uzandırmışlar. Lakin Əmrah artıq vəfat etmişdir. Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas Cəmilli Ramil Nizami oğlunun *5.*8.2*22-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85. 39.1.2 və 2*7.5.2-ci maddələrinə əsasən X1 ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mərhum oğlu X2 *2 avqust 2*22-ci tarixdə Gəncə şəhərində qəbiristanlıqda dəfn edilmişdir. Mərhum oğlu X1 ölümünə dair sənəd almaq üçün Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinə müraciət etsələr də, oradan məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” X7 “Gəncə səhər Birləşmiş Xəstəxanası” X7 “Yeni Gəncə” Ailə sağlamlıq mərkəzinə müraciət etsə də, oradan da məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, ərizədə oğlunun ölüm gününü onun dəfn olunduğu gün 2 avqust göstərmişdir, lakin oğlu əslində *1 avqust 2*22-ci il tarixdə özünü asıb öldürmüşdür. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə qarşı rəy və etirazlarının olmadığını bildirərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- *5.*8.2*22-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 14.1*.1968-ci il təvəllüdlü X1 *1.*8.2*22-ci il tarixdə intihar edərək özünü öldürməsində cinayət hadisəsinin tərkib əlamətləri olmadaığından həmin fakta görə toplanmış 469-C-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Nizami rayon Bələdiyyəsi Dəfn və Mərasim Xidməti şöbəsi tərəfindən verilmiş 26.1*.2*22-ci il tarixli, 1135 saylı arayışdan görünür ki, X2 4 nömrəli qəbiristanlıqda *2.*8.2*22-ci il tarixdə dəfn olunmuşdur. Gəncə Şəhər Qeydiyyat Şöbəsinin *9.*8.2*22-ci il tarixli, *5/Q-13*3 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X1 ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” X7 “Gəncə səhər Birləşmiş Xəstəxanası” X7 “Yeni Gəncə” Ailə sağlamlıq mərkəzi tərəfindən verilmiş 88 nömrəli arayışdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin oğlu X2 *1 avqust 2*22-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Göründüyü kimi, ərizəçi oğlu X1 ölməsi faktını təstiq edən lazımı sənədi əldə edə bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin oğlu X1 *1 avqust 2*22-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 3*7, 3*8, 311, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. 14 oktyabr 1968-ci il tarixdə anadan olmuş X1 *1 avqust 2*22-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(125)-586/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-586/2023
10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver