Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5942/2025 24.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1920-ci il tarixdə anadan olmuş X2 17 iyul 2012-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1920-ci il tarixdə anadan olmuş X2 17 dekabr 2012-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, o, Goranboy rayonunun Düzqışlaq kəndində anadan olmuş, hal-hazırda isə Gəncə şəhərində yaşayır. Mərhum anası X3 17 iyul 2012-ci il tarixdə Goranboy rayonunun Düzqışlaq kəndində vəfat etmiş və həmin tarixdə də kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum anasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İHB-nin Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 194 nömrəli arayışdan görünür ki, həqiqətən X3 xx.xx.2012-ci il tarixdə Goranboy rayonu Düzqışlaq kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim etdiyini Maraqlı şəxs 29 iyul 2025-ci il tarixli, 3-16-5/8-15-260/2025 saylı məktubunda göstərilmişdir ki, anasının ölüm şöbəsinin arxivində və "X1 Sistemində” aşkar edilməmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, mərhum Nəsibə Əsgərova onlarla qonşuluqda yaşamışdır. O, Nəsibə Əsgərovanın ürək xəstə olması səbəbindən 2012-ci ilin dekabr ayında vəfat etməsini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Nəsibə Əsgərova 2012-ci ilin dekabr ayında vəfat etmiş və onu Goranboy rayonunda kənd qəbirstanlığında dəfn etmişlər. O da qonşu kimi dəfndə iştirak etmişdir. İşdə olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Düzqışlaq kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 iyul 2025-ci il tarixli aktdan görünür ki, xx.xx.1920ci il təvəllüdlü X2 Goranboy rayonunun Düzqışlaq kənd qəbirstanlığında dəfn olunması hal şahidlərinin iştirakı ilə müəyyən olunmuşdur. Mərhumun qəbir daşında səhvən doğum tarixi xx.xx.1928-ci il qeyd olunmuşdur. Maraqlı şəxs 29 iyul 2025-ci il tarixli, 3-16-5/8-15-260/2025 nömrəli məktubunundan görünür ki, anası X2 ölüm şöbəsinin arxivində və “X1 Sistemində aşkar edilmişdir. İşdə olan foto-şəkildən görünür ki, Nəsibova Muradlı qızı 01 iyul 1928-ci il tarixdə doğulmuş, 17 dekabr 2012-ci il tarixdə vəfat etmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli 18-1-39/2-M-1372-42=1311/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1920-ci il təvəllüdlü Goranboy rayon Düzqışlaq kənd sakini X2 ölüm faktı Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən qeydə alınmamışdır. İ-ЖГ seriyalı, 338957 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1951-ci il təvəllüdlü X6 valideynləri-atası X10, anası X5r. Elketron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən X3 xx.xx.1920-ci ildə Ucar rayonunda doğulmuşur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1920-ci ildə Ucar rayonunda anadan olmuş X2 17 dekabr 2012-cı il tarixdə ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1920-ci ildə Ucar rayonuna anadan olmuş X2 17 dekabr 2012-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1920-ci ildə Ucar rayonunda anadan olmuş X2 17 dekabr 2012-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-5942/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5942/2025
24.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver