Məhkəmə qərarları › İş №2(125)-5980/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5980/2025

25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5980/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci il tarixdə Qəbələ rayonu Tovka kəndində anadan olmuş X1nın xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, X4 onun anasıdır. O, xx.xx.1947-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. X5 və bacısı Afət Avazova vəfat etdikdən sonra anası psixoloji sarsıntılar keçirmiş, özünə qapanmışdır. Bundan əlavə, öz hərəkətlərini tam şəkildə dərk edə bilmirdi. Əvvəllər də özünü asmağa, çaya atmağa çalışmış, müxtəlif dərmanlar qəbul edərək həyatını sonlandırmaq istəmişdir. X1 ölmək istədiyini, yaşamaq istəmədiyini bildirirdi. Anası 09 iyun 2025-ci il tarixdə yaşadığı evin pilləkənindən özünü asaraq intihar etmişdir. Bundan sonra təcili tibbi yardım dəvət olunmuş və anası müayinə olunan zaman müəyyən olmuşdur ki, həkimə qədər ölmüşdür. Bundan sonra anası meyidi polis əməkdaşları tərəfindən təhvil götürülmüşdür. Anasının ölümü ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığına görə cinayət işinin başlnaması rədd olunmuşdur. Məhkəmədə Ərizəçi nümayəndəsi Nümayəndə iştirak etmiş, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şahid2 ifadə verərək, göstərmişdir ki, xx.xx.1947-ci il tarixdə anadan olmuş X4 onun anasıdır. Anası xəstə olmuşdur. Əvvəllər də özünü asmağa çalışdığının, həyatını sonlandırmaq istədiyinin şahidi olmuşdur. Sonuncu dəfə isə ona baxması üçün tutduqları baxıcı uşağına dərman almağa çıxarkən X1 özünü asmışdır. Həmin gün o da, anasının qaldığı evə gəlmiş və onun artıq özünü asaraq öldürdüyünü görmüşdür. Məhkəmədə Şahid1 ifadə verərək, göstərmişdir ki, xx.xx.1947-ci il tarixdə X4 onun anasıdır. Anası uzun müddət onun yanında qalmışdır və bir neçə dəfə anası özünə qəsd etməyə çalışmışdır. xx.xx.2025-ci il tarixdə o da, anasının qaldığı evə gəlmiş və onun artıq özünü asaraq öldürdüyünün şahidi olmuşdur. Məhkəmə Ərizəçi nümayəndəsi Nümayəndə izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1947-ci il tarixdə Qəbələ Rayonunda doğulmuşdur. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 5 iyul 1970-ci ildə Goranboy rayonunda doğulmuşdur, X1, atası X3r.. Qeyd edilən sübutdan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X2 övladıdır və hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Mülki işin materiallarında olan, Gəncə şəhəri TTTYS-nin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə həkimə çatdırılana qədər ölmüşdür. Mülki işin materiallarında olan, “Goranboy Rayon Xoylu Bələdiyyəsi”-nin xx.xx.2025ci il tarixli arayışından müəyyən edilir ki X4 xx.xx.2025-ci il tarixdə Nizami kənd qəbiristanlıqda dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16- 5/8-15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırda Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Beləliklə, məhkəmədə iclasında ərizəçinin nümayəndəsinin izahatı, ifadə vermiş şahidlərin ifadəsini və iş materialları ilə təsdiq olundu ki, Ərizəçi anası xx.xx.1947-ci il tarixdə anadan olmuş X4 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Maraqlı şəxs tərəfindən mərhum Maraqlı şəxs ölümü haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilən qanun normalarına görə ərizənin təmin olunması üçün əsaslar vardır. Ona görə də məhkəmə belə qərara gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə Qəbələ rayonunun Tovka kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi fakt kimi müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar