Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-599/2023 18.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 1931-ci il təvəllüdlü X4 xx.xx.1995-ci ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi və xx.xx.1952-ci il təvəllüdlü İbrahimova (Mustafayeva) Həqiqət Behbud qızının xx.xx.1994-cü ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Kirovabad şəhər Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1977-ci il tarixli, 768 nömrəli orderlə atası X6 verilmiş 28,45 kvm sahəli mənzildə yaşayır və onun ailə üzvü kimi həmin mənzili özəlləşdirməyə hüquqludur. Lakin dünyalarını dəyişsələr də, adları mənzilin orderində qalmışdır. Atası və anası X1 ölüm qeydləri olmadığından mənzili özəlləşdirə bilmir. Anası Həqiqət 18 may 1994-cü ildə, atası Kamal isə xx.xx.1995-ci ildə vəfat etmiş. Göyqöl rayonu Əlimədətli kənd Qəbiristanlığında dəfn edilmişlər. Həmin vaxt hər ikisi xəstəlikdən vəfat etmişlər. Baş daşında onların ölüm ilini və kimlərin tərəfindən dəfn edilməsini göstərmişlər. 1 il sonra atası ölmüşdür. Onların ölmələri faktı hər ikisinin baş daşında olan fotoşəkillərdəki yazılarla təsdiq olunur. O, ölüm sənədi almaq üçün Kəpəz rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ala bilməmişdir. Məhkəməyə müraciət etmək tövsif edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, valideynlərindən miras əmlakın qəbul edilməsiylə bağlı rəsmiləşdirmə aparılması üçün ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır, doğum haqqında şəhadətnaməsində anasının ata adı səhvən “Beybut” olaraq yazılmışdır. Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və təmsilçisini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-T seriyalı, 131528 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi atası X8, anası X3r. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X4 və İbrahimova (Mustafayeva) Həqiqət Behbud qızının ölümü barədə məlumat aşkar olunmadığından, ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X15 tərəfindən verilmiş arxiv arayışından görünür ki, xx.xx.1931-ci il təvəllüdlü Kamal İbrahimovun atası X9, anası X7r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.1952-ci ildə Gəncə şəhərində doğulmuşdur. İş materiallarında olan qəbirdaşının foto şəklindən görünür ki, xx.xx.1931-ci il təvəllüdlü X8 xx.xx.1995-ci ildə ölmüşdür. İş materiallarında olan qəbirdaşının foto şəklindən görünür ki, 1952-ci il təvəllüdlü MustafayevaHəqiqət Behbut qızı 1994-cü ildə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, Lalə onun qohumudur. Kamal Lalənin atası, Həqiqət Lalənin anasıdır, hər ikisi rəhmətə gediblər. 1995-ci ildə Kamal, Həqiqət isə 1994-cü ildə rəhmətə gedib. Hər ikisinin dəfnində iştirak etmişdir, onlar Almədədli kəndində dəfn olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, o, Lalənin bacısı, Kamal və Həqiqətin qızıdır. 1931-ci il təvəllüdlü anası İbrahimova (Mustafayeva) Həqiqət Behbud qızı xx.xx.1994-cü ildə, 1931-ci il təvəllüdlü atası X8 xx.xx.1995-ci ildə ölmüşdür. Valideynləri Almədədli kəndində dəfn olunublar, onların dəfnində iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1931-ci il təvəllüdlü X4 xx.xx.1995-ci il tarixdə və xx.xx.1952ci il təvəllüdlü İbrahimova (Mustafayeva) Həqiqət Behbud qızının xx.xx.1994-cü ildə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi miras qalan əmlakı sənədləşdirə bilməsi üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, X4 və İbrahimova (Mustafayeva) Həqiqət Behbud qızının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 1931-ci il təvəllüdlü X4 xx.xx.1995-ci il tarixdə və xx.xx.1952-ci il təvəllüdlü İbrahimova (Mustafayeva) Həqiqət Behbud qızının xx.xx.1994-cü ildə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1931-ci il təvəllüdlü X4 xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. xx.xx.1952-ci il təvəllüdlü İbrahimova (Mustafayeva) Həqiqət Behbud qızının xx.xx.1994-cü ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-599/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-599/2023
18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver