Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-602/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi Məmmədzadə-Sahibə Məmməd qızının iştirakı ilə, Ərizəçi Məmmədzadə-Sahibə Məmməd qızının (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Məmmədzadə-Sahibə Məmməd qızı (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X4 05 yanvar 1980-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X14 ilə xx.xx.1977-ci il tarixdə Gəncə Nikah evində nikahlarını rəsmi qeydiyyata aldırmış və nikahları 1043 nömrəli aktla qeyd edilməklə onlara AZ-İİ, 137900 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.1979-cu il təvəllüdlü oğlu X8 anadan olmuşdur. xx.xx.1980-ci il tarixdə oğlu X8 vəfat etmişdir. X6 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu faktı oğlu X4 dəfn olunmasında iştirak etmiş şahidlər də məhkəmə iclasında verəcəkləri ifadə ilə təsdiq edə bilərlər. Bu şahidlər aşağıdakılardır: X7 - Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 50 mənzil 35; X9 - Gəncə şəhəri, Məhrəsə Bağı ev 18, mənzil 3; X5 - Gəncə şəhəri, Cavadxan küçəsi, 6cı döngə, ev ЗА. Hazırda isə mülkiyyət hüququ əsasında mərhum əri Fikrət Ağazadənin adına olan əmlaklara dair vərəsəlik hüququnu həyata keçirmək məqsədilə Gəncə ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etdikdə vərəsəlik hüququnun həyata keçirilməsi üçün zəruri digər sənədlərlə yanaşı oğlu X4 ölüm haqqında şəhadətnaməsi də tələb edilmişdir. Daha sonra bununla bağlı olaraq Maraqlı şəxsnə müraciət etdikdə, oradan ona avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt kitablarının yoxlanıldığını, lakin X4 ölümü haqqında akt qeydi aşkar olunmadığı bildirilmiş və Maraqlı şəxs tərəfindən oğlu X4 ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, o, hazırda oğlu X4 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, Fikirət Ağazadə ilə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşdur. Həmin evliliyindən 25 iyun 1979-cu il tarixdə Rəşad adlı uşaqları dünyaya gəlmişdir. Rəşad adlı uşaq 6 aylıq ikən birdən-birə qıc olmuş, heç onun özü də nə baş verdiyini anlamamış və uşaq ölmüşdür. Bundan sonra qayınatasıgilin iştirakı ilə mərhum oğlu Rəşad Əşrəfov dəfn edilmişdir. Odur ki, ərizəsinin təmin edilməsi və mərhum oğlu X4 05 yanvar 1980-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin, Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub göndərərək, məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşının yoldaşıdır. X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi Sahib Məmmədzadə ilə mərhum X12nin evliliklərindən 25 iyun 1979-cu il tarixdə Rəşad adlı uşaqları dünyaya gəlmişdir. Rəşad 6 aylıq olan zaman 1980-ci ilin yanvar ayının 5-də qəfildən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki mərhum Rəşad Əşrəfov onun qardaşının oğludur. Belə ki, Ərizəçi ilə mərhum X12nin evliliklərindən Rəşad adlı uşaqları dünyaya gəlmişdir. Rəşad onların birinci uşaqları olmuşdur. Qardaşı 1980-ci ilin yanvar ayının 5-də ona zəng edərək Rəşad Əşrəfovun vəfat etdiyini demişdir. Bundan sonra Rəşad Əşrəfovu dəfn etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Vİ-ЖГ seriyalı, 266204 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 25 iyun 1979-cu il tarixdə doğulmuşdur. Atası – X10, anası – Ərizəçidır. AZ-İİ seriyalı, 137900 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi arasında nikah 01 oktyabr 1977-ci il tarixdə Gəncə Nikah evində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 oktyabr 1977-ci il tarixdə 1043 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Ağazadə”, arvada “Məmməd-zadə” soyadı verilmişdir. AZ-İİ seriyalı, 345598 nömrəli, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 03 aprel 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02 aprel 2023-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 aprel 2023-cü il tarixdə 359 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyin odemi qeyd edilmişdir. AZ-İ seriyalı, 016447 nömrəli, Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, 31 mart 2017-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X1, adını, ata adını X11 dəyişdirdi. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 31 mart 2017-ci il tarixdə 58 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 16 noyabr 2023-cü il tarixli, 3-16-5/8-13-2301 nömrəli məktubunda Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 bildirilmişdir ki, avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydləri kitabı yoxlanılmış, lakin, X4 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, 25 iyun 1979-cu il təvəllüdlü X8 05 yanvar 1980-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X4 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X4 05 yanvar 1980-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X4 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X4 05 yanvar 1980-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-602/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-602/2024
17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver