Məhkəmə qərarları › İş №2(125)-6035/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6035/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6035/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 27 noyabr 1977-ci il tarixdə anadan olmuş X3 13 dekabr 1977-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, X11 onun bacısıdır. Ş.İ.Kambarova xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş və bundan 15- 16 gün sonra xx.xx.1977-ci ildə vəfat etmişdir. Onun bacısı X2 rayonu, Dəliməmmədli şəhər qəbristanlığında dəfn edilmişdir. Lakin Ş.İ.Kambarovanın həyatda qalması 40 gündən az müddəti əhatə etdiyinə görə Ş.İ.Kambarovnayaya məzar daşı qoyulmamışdır. Əvvəllər Ş.İ.Kambarovanın ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamış, sonradan valideynlərindən miras qalmış əmlakın qəbulu zamanı Ş.İ.Kambarovanın razılığı tələb olunmuşdur. Bundan sonra o, Maraqlı şəxsnə müraciət edərək, Ş.İ.Kambarovanın ölümünün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmasını xahiş etmişdir. Lakin Ş.İ.Kambarova ev şəraitində vəfat etdiyinə və ölümündən 36 il müddət keçdiyinə görə həmin şəxsin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı 04 sentyabr 2023-cü il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Atatürk prospekti 196 ünvana 1969-cu il tarixində gəlin köçmüş və həmin vaxtdan orada yaşamağa başlamışdır. Ərizəçi valideynləri isə onun yaşadığı qeyd edilən ünvanın qonşuluğunda yaşamış və o, gəlin köçdüyü vaxtdan Solmaz xanımın həmin ünvanda yaşadığını görmüşdür. Ərizəçi anasının rəsmi sənədlərdə adı Solmaz olsa da, öz tanışları arasında adı Almaz kimi bilinmişdir. X4 Pərvanə, Təranə, Səadət adlı qızları, bir oğlan övladı və bir neçə günlük olarkən rəhmətə gedən bir qız uşağı olmuşdur. Onun qaynanası da 1977-ci ilin qış aylarında vəfat etdiyinə görə, o, S.Ə.Qəmbərovanın qız övladının 1977-ci ilin qış aylarında vəfat etdiyini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvan onun həm ata evi, həm də gəlin köçdüyü ünvandır. Ərizəçi valideynlərinin yaşadığı həmin ünvanın yaxınlığında yerləşdiyinə və onun valideynləri ilə Ərizəçi valideynləri dost münasibətlərində olduğuna görə o, Ərizəçi və ailə üzvlərini uşaq yaşlarından tanımışdır. S.İ. İsgəndərovanın anasının adı Solmaz olmuş, Solmaz xanımın Təranə, Pərvanə, Səadət, Adil və Şahnaz adlı övladları olmuşdur. Şahnaz təxminən 27 noyabr 1977-ci ildə, təxminən onun özünün 13 yaşları olanda doğulmuş və o, Şahnazı görmüşdür. Lakin Şahnaz doğulduqdan sonra 16 gün sonra, 13 dekabr 1977-ci il tarixdə vəfat etmişdir. Onun həmin vaxt 13 yaşı olduğuna görə o, Şahnazın ölümünü və Ərizəçi ailə üzvlərinin keçirdiyi kiçik yas mərasimini dəqiq xatırlayır. İş materiallarında olan V-ЖГ seriyalı 364026 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 noyabr 1977-ci il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olmuşdur. X3 atası X16, anası isə X8r. İşdə olan AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 05 avqust 1970-ci il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olmuşdur. X5 atası X16, anası isə X8r. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 10 avqust 2023-cü il tarixli, 3-16-5/8-11-1264 nömrəli məktubdan görünür ki, bacısı X3 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Gəncə şəhər Birləşmiş Xəstəxanası» Publik hüquqi şəxs «A.Səhhət adına xəstəxana» tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli 640 nömrəli arayışdan görünür ki, Gəncə şəhər A.Səhhət adına xəstəxanasının arxiv bölməsində 1977-ci il tarixlərə aid olan arxiv sənədləri ləğv olunduğu üçün X6 xx.xx.1977-ci il tarixdə ana olması barədə və dünyaya gətirdiyi qız uşağın (təqdim olunan doğum haqqında şəhadətnaməyə əsasən X7) ölməsi barədə hər hansı bir sənəd tapılmamışdır. İşdə olan Gəncə şəhəri 3 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 168 nömrəli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 məxsus əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün mərhumun qızı X7 ölüm haqqında şəhadətnaməsini təqdim etmədiyi səbəbindən vərəsəlik işi təsdiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin 27 noyabr 1977-ci ildə Gəncə şəhərində anadan olmuş X3 13 dekabr 1977-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, 27 noyabr 1977-ci ildə Gəncə şəhərində anadan olmuş X3 13 dekabr 1977-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 27 noyabr 1977-ci ildə Gəncə şəhərində anadan olmuş X3 13 dekabr 1977-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar