Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6060/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.1984-cü ildə Şəmkir rayonu Çaparlı kəndində ölməsinin qeydə alınma faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Ərizəçi 1982-ci ildə öz xalası oğlu X4 ilə ailə qurmuşdur. Birgə nikahlarından 01 may 1983-cü il tarixində X6 dünyaya gəlmişdir. Lakin uşaq dünyaya gələn gündən daim xəstə olmuşdur və müalicələr almışdır. (sonradan bunun qohumluqla əlaqədar olduğu məlum olmuşdur) Buna baxmayaraq, uşaq heç bir yaşı tamam olmamış, yəni 28 mart 1984-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt o, valideynlərinə məxsus olan Şəmkir rayonu, Çaparlı kəndində yerləşən evdə olmuşdur. Elə uşağı da həmin kəndin qəbirstanlığında basdırmışlar. Lakin həmin vaxt kənddə olduqlarına və uşaq körpə olduğuna görə uşağa ölüm haqqında şəhadətnamə almamışlar. Daha sonra isə başqa uşaqları olmamış, elə bu səbəbdən də ayrılaraq hər biri yenidən ailə qurmuşlar. Ərizəçi yeni ailəsindən 2 övladı dünyaya gəlmişdir. Xalası oğlu X4 da yenidən ailə qurmuş və övladları dünyaya gəlmişdir. Lakin hazırda xalası oğlundan qalmış miras əmlakı onun övladları vərəsəlik yolu ilə öz adlarına rəsmiləşdirmək istəsələr də X6 vəfat edən zaman ona ölüm haqqında şəhadətnamə alınmaması səbəbindən ailə üzvü kimi onun da adı görünür. Bu səbəbdən də vərəsəlik işlərini apara bilmirlər. Elə ərizəçinin özü də müəyyən sənədləşdirmə işləri apararkən təxminən 40 il bundan əvvəl vəfat etmiş X6 onun ailə üzvləri siyahısında görünür. Odur ki, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair məhkəmə iclaslarına onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur, uzun illərdir ki, onu tanıyır. Ərizəçinin Fəqan adında bir uşağı olmuş, sonra uşaq 6-7 aylıq olanda xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş Quluzadə Gülüsüm Həmzə qızı ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur, ərizəçinin bir uşağı var idi. Sonra uşaq 6-7 aylıq olanda xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş Quluzadə Məhbubə Oqtay qızı ifadəsində göstərmişdir ki, o, 1984-cü ildə evlənmiş, həmin illərdə Məhluqə ilə qonşu olmuşlar. Ərizəçinin Fəqan adında bir uşağı olmuş, sonra uşaq xəstələnərək vəfat etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-H-3558/2023 saylı doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş və bu barədə Maraqlı şəxsndə 830 saylı doğum akt qeydi tərtib edilmişdir. X1, anası X7r. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-1334/2023 saylı məktubundan görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət tikinti və Arxitektura Komitəsinin Gəncə X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami küçəsi, 139-da yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayon sakini X3 barəsində Şəmkir rayon prokurorluğunda cinayət işi istintaq edilməmiş, material araşdırılmamışdır. İşdə olan Çaparlı kəndi Həkim məntəqəsinin bildirişindən görünür ki, X6 1984-cü ildə Şəmkir rayonu Çaparlı kənd Tibb Məntəqəsinə və ya Çaparlı kənd Həkim məntəqəsinə qeydiyyata alınmamış və müalicə olmamışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, iş materialları və şahidlərin ifadəsi ilə təsdiq olundu ki, ərizəçinin xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində X6 adlı uşağı dünyaya gəlmişdir. X6 xx.xx.1984-cü il tarixdə Şəmkir rayonu Çaparlı kəndində xəstəlikdən vəfat etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin oğlu xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 xx.xx.1984-cü ildə Şəmkir rayonu Çaparlı kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 xx.xx.1984-cü ildə Şəmkir rayonu Çaparlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-6060/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6060/2023
30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver