Məhkəmə qərarları › İş №2(125)-6107/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6107/2024

25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6107/2024 25.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, izəçi Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə, sonradan ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə doğulan X2 xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X6 xx.xx.1979-cu il tarixdə doğulmuşdur, atası – X7, anası - Ərizəçidır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xx.xx.1979-cu il tarixdə doğulan oğlu X6 xx.xx.1983-cü il tarixdə, 4 yaşında xəstəlikdən (pinevmaniya səbəbindən) vəfat etmişdir. X1 ölümünü vaxtında qeydiyyata aldıra bilməmişdir. Ölümün məhkəmədənkənar qaydada dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə vəfat etmə (ölüm) faktının məhkəmə qaydasında qeydiyyata alınmasına zərurət vardır. X2 xx.xx.1983-cü il tarixdə vəfat etməsini şahidlər Şahid1 və Şahid2 şahid kimi təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, evin alqı-satqı edilməsi üçün qeyd olunan hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət vardır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ərizəçi onun qaynının arvadıdır, X3 isə ərizəçinin oğludur. X3 1979-cu ilin may ayında anadan olmuş, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüş, “İmamzadə” qəbiristanlığında dəfn olunmuşdur. Uşağı sağ olarkən görmüşdür, uşaq qan azlığından əziyyət çəkirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ərizəçi ilə əvvəllər qonşu olmuşlar. Belə ki, ərizəçinin iki oğlu – Şikar və Elnur adlı uşaqları olmuşdur. X3 1979-cu ilin may ayında doğulmuş, 4 yaşında olarkən, yəni 1983-cü ildə Gəncə şəhərində vəfat etmiş, “İmamzadə” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1979-cu ildə doğulmuş X4 xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində ev şəraitində vəfat etməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, 23 iyul 1975-ci il tarixli, nikahın bağlanması haqqında akt qeydləri kitabında 734 nömrə ilə qeydə alınmış İ-ЖГ seriyalı, 323947 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X5 arasında nikah bağlanmış, nikah bağlandıqdan sonra ərin soyadı İsmayılov, arvadın soyadı İsmayılova qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 122 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, bu barədə xx.xx.1979cu il tarixdə Maraqlı şəxs tərəfindən 2038 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, atası – X7, anası – Ərizəçidır. Bundan başqa, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mərhum X2 qəbir daşının çəkilmiş fotoşəkillərini təqdim etmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 18-1-37/2-İ-324-xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ərizəçiyə oğluna dair ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina olunmuşdur. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 123 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəçiyə cavab məktubundan görünür ki, X6 barəsində 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin arxivində və avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında məlumat aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-698 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəçiyə cavab məktubundan görünür ki, avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, X1 ölümü haqqında akt qeydi aşkar olunmamış, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1979-cu il təvəllüdlü X6 ərizəçinin uşağıdır və o, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X4 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə evinin üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 may 1979-cu il tarixdə doğulmuş X4 01 iyul 1983-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar