Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6148/2023 31.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Barəsində ölüm faktının təsdiq edilməsini istədiyi şəxs xx.xx.1960-cı il təvəllüdlü X9 onun atasıdır. Atası ünvan 1 ünvanında onunla birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində mərhum X9 idarə etdiyi “Hyundai İX 35” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami prospekti ilə H.Ə. Hüseynzadə küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olarkən ürək tutmasından sükan arxasında vəfat etmişdir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Atası barəsində ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin şöbənin xx.xx.2023-cü il tarixli cavab məktubunda ona bildirildi ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Hazırda atasının ölüm şəhadətnaməsi yoxdur. Vəfat etməsinə baxmayaraq hazırda atasının pensiya kartına aylıq məbləğlər köçürülür, onun üçün aylıq kommunal xərclər ödənilir. Bu halların qarşısını almaq üçün müvafiq idarələrə ölüm haqqında şəhadətnamənin təqdim edilməsi zəruriyyəti yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, 16787755 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı idlə Gəncə şəhərində doğulmuş X1 şəhəri, Nizami rayonu, Ə.Məmmədov küçəsi, 1-ci döngə, ev 20A ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi atası X9, anası X2r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqında şəhadətnamə yazılması barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.1960-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış X3 idarə etdiyi “Hyundai İX35” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizamı prospekti ilə H.Ə.Hüseynzadə küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olarkən xx.xx.2023-cü il tarixdə saat 12 radələrində sükan arxasında ölməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini X7 X15 Şəhər Birləşmiş Xəstəxanasi Phş TTTYS-nin xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, X3 adına çağırış olub, xəstəyə təcili yardıma qədər qəfləti ölüm diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi onun oğludur, münasibətləri yaxşıdır, aralarında ədavət yoxdur. İlqar Yusubov onun əridir. xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İlqar Yusubov ürək xəstəsi idi, 2000-ci ildə ürək əməliyyatı keçirmişdi. X8 dəfn olunub, o, yasda və dəfində iştirak etmişdir. İlqar Yusubovun baş daşında dəfn tarixi olan xx.xx.2023-cü il qeyd olunub. X14 şəhərində avtomobili idarə edərkən ürəktutmasından qəflətən vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Ərizəçi onun qardaşıdır, münasibətləri yaxşıdır, aralarında ədavət yoxdur. İlqar Yusubov atasıdır və xx.xx.2023-cü il tarixdə vəfat etmiş, xx.xx.2023-cü il tarixdə dəfn olunmuşdur. Atası ürəyindən xəstə idi, avtomobil idarə edərkən yolda ürəktutmasından vəfat etmişdir. X8 dəfn olunub, o, dəfndə də, yasda da iştirak etmişdir. X14 şəhərində vəfat etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum atası xx.xx.1960-cı il təvəllüdlü X6 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-6148/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6148/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver