Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6164/2025 22.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında bağlanmış cəmi 500 manat sabit pul məbləğində aliment öhdəliyi sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanılmış 17 sentyabr 2025-ci il tarixli barışıq sazişinin 1-ci, 2, 3 və 4-cü bəndlərinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehə qarşı “nikahın pozulması uşaqların ananın yanında qalması və aliment tələbinə dair” iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, Gəncə şəhər Məhkəməsinin (hakim Fuad Fərhadov) xx.xx.2024-cü il tarixli 2(125)-1269/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, onun cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 Gülnar Surxay qızının yanında qalması, Maraqlı şəxs - xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 ' saxlanılması üçün hər ay hər uçaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi ödənilməsi, alimentin tutulmasının əvvəli Gəncə Şəhər Məhkəməsinin 16(125)-41/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti tutulmuş aliment miqdarı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən hesablanması, Maraqlı şəxs 3000 (üç min) manat məbləğində pul tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. Lakin, borclu Maraqlı şəxs aliment borcunun ödəməkdə çətinlik çəkdiyindən alimentin dəyişdirilməsi və azaldılması barədə mübahisəyə məhkəməyə iddia ərizəsi verməmişdən əvvəl Mediasiya Təşkilatına müracət etmiş və barışıq sazişi bağlanmışdır. X4 Sevil Tağıyevanın iştirakı ilə aralarında “alimentin dəyişdirilməsi və azaldılması” öhdəlik barədə tam mediasiya sessiyasında razılığa gəlmişlər. Cavabdeh barışıq sazişini icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək sonda ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, əmək haqqını aşağı olması səbəbindən öhdəliyi tam icra edə bilmir. Hazırda ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1269/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən görünür ki Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2011-ci il tarixdə Gəncə nikah evində 298 nömrə ilə qeyd etdirməklə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 Gülnar Surxay qızının yanında qalması, Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi ödənilməsi və alimentin tutulmasının əvvəli Gəncə Şəhər Məhkəməsinin 16(125)-41/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti tutulmuş aliment miqdarı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən hesablanması, Maraqlı şəxs 3000 (üç min) manat məbləğində pul tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişinin məzmunundan məlum olur:
1. 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi alimentin miqdarının dəyişdirilməsi və azaldılması barədə öhdəlik barədə tam mediasiya sessiyasında razılığa gəldilər.
2. xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1269/2024 nömrəli mülki iş üzrə cavabdeh X10 nikahlarından anadan olmuş övladları- xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 ananın yanında qalması və uşaqların saxlanması üçün anaları-Ərizəçi xeyrinə hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, üç uşağa cəmi 705 (yeddi yüz beş) manat Ərizəçi xeyrinə ödənilməsi qət edilmişdir.
3. 1-ci tərəf Maraqlı şəxs rəsmi nikahlarından anadan olmuş övladları-xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün məhkəmə ilə qət edilmiş aliment hissəsinin dəyişdirilməsi və azaldılması barədə T.M.S.-da qarşı tərəf olan Ərizəçi 500 manat olmasını təklif etdi və 2-ci tərəf Ərizəçi təklifi qəbul edərək bu barədə qarşılıqlı razılaşma əsasında öhdəlik sazişi imzalandı.
4. 1-ci tərəf Maraqlı şəxs isə alimenti əmək haqqını hər ayın əvvəlində, yəni 1-dən 5-dək aldıqdan sonra vaxtında 2-ci tərəf Ərizəçi razılaşdığı 500 (beş yüz) manat məbləğ 2-ci tərəfin "xxxx" ASC-yə məxsus kartın **********875637 hesabına köçürülmə yolu ilə ödəniş etməyi 1 ci tərəf Maraqlı şəxs bu barədə üzərinə öhdəlik götürür” məzmununda barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.20255-ci il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və barışıq sazişinin 1, 2, 3 və 4-cü bəndləri mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişişinin alimentə dair 1,2, 3 və 4-cü bəndləri təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanılmış MSG-00145 saylı barışıq sazişinin alimentə dair 1,2, 3 və 4-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilsin:
1. 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi alimentin miqdarının dəyişdirilməsi və azaldılması barədə öhdəlik barədə tam mediasiya sessiyasında razılığa gəldilər.
2. xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1269/2024 nömrəli mülki iş üzrə cavabdeh X10 nikahlarından anadan olmuş övladları- xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 ananın yanında qalması və uşaqların saxlanması üçün anaları-Ərizəçi xeyrinə hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, üç uşağa cəmi 705 (yeddi yüz beş) manat Ərizəçi xeyrinə ödənilməsi qət edilmişdir.
3. 1-ci tərəf Maraqlı şəxs rəsmi nikahlarından anadan olmuş övladları-xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün məhkəmə ilə qət edilmiş aliment hissəsinin dəyişdirilməsi və azaldılması barədə T.M.S.-da qarşı tərəf olan Ərizəçi 500 manat olmasını təklif etdi və 2-ci tərəf Ərizəçi təklifi qəbul edərək bu barədə qarşılıqlı razılaşma əsasında öhdəlik sazişi imzalandı.
4. 1-ci tərəf Maraqlı şəxs isə alimenti əmək haqqını hər ayın əvvəlində, yəni 1-dən 5-dək aldıqdan sonra vaxtında 2-ci tərəf Ərizəçi razılaşdığı 500 (beş yüz) manat məbləğ 2-ci tərəfin "xxxx" ASC-yə məxsus kartın **********875637 hesabına köçürülmə yolu ilə ödəniş etməyi 1 ci tərəf Maraqlı şəxs bu barədə üzərinə öhdəlik götürür” məzmununda təsdiq edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Orxan Dəmirli