Məhkəmə qərarları › İş №2(125)-6167/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6167/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6167/2025 09.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1998-ci il tarixdə anadan olmuş X5 xx.xx.1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1998-ci il tarixdə onun X9 adlı uşağı anadan olmuş, lakin doğullarkən səhətində problemlər olmuşdur. X9 xx.xx.1999-cu il tarixdə ölmüş və Daşkəsən rayonu, Xoşbulaq kəndinin qəbirstanlığında dəfn edilmişdir. X1 ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamış, sonradan sənədləşmə işləri apararkən mərhum qızının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bundan sonra o, Gəncə şəhəri qeydiyyat şöbəsinə müraciət edərək, X5 ölümünün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmasını xahiş etmişdir. Lakin həmin şəxsin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində maraqlı şəxsin nümayəndəsi A.A.Hüseynova məhkəmə iclasını maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, 1989-cu ilin aprel ayında Ərizəçi ilə nikaha girmişdir. Onların birgə nikahından X10, X12, X14 və X9 adlı dörd uşaq anadan olmuşdur. xx.xx.1998-ci il tarixdə anadan olmuş X9 xx.xx.1999-cu il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşadıqları evdə epilepsiya tutmasından vəfat etmişdir. Bu zaman yaşadıqları evdə qaynanası X7, qaynı X15 və əri Ərizəçi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi və S.C.Paşayevanın birgə nikahlarından X10, X12, X14 və X9 adlı dörd uşaq anadan olmuşdur. X3 xx.xx.1999-cu il tarixdə yaşadıqları Daşkəsən rayonu, Xoşbulaq kəndində vəfat etmişdir. O, özü 1999-cu ildə nikaha girmiş, 2001-ci ilədək Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşamışdır. Ərizəçi isə hərbiçi olduğuna görə xidməti fəaliyyəti ilə əlaqədar ailəsini Daşkəsən rayonu, Xoşbulaq kəndinə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, X6 onun bacısıdır. S.C.Paşayeva Ərizəçi birgə nikahlarından doğulmuş İlvina adlı qızları xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Qonşudan Natiq adlı həkim gəlmiş və uşağın epilepsiyadan rəhmətə getdiyini demişdir. Həmin uşaq Daşkəsən rayonunun, Xoşbulaq kəndində yerləşən məzarlıqda dəfn edilmişdir. İş materiallarında olan XX-ЖГ seriyalı 473384 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə anadan olmuş X5 atası Ərizəçi, anası isə X4r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-2911 nömrəli məktubun surətindən görünür ki, X5 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi ərazi bölmələrini idarəetmə birliyi» X21 «Daşkəsən rayon Mərkəzi Xəstəxanası» X21 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-33/2-512/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1999-cu ildə X5 ölübölməməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 100 aylı əmrinə əsasən doğum tarixi saxlanma müddəti 25 ildir. Xəstəxananın arxivinə aid sənədlər 2025-ci il tarixində utilizasiya (məhv edilməsi kağız daşıyıcılarının təkrar emal olunmuşdur) vətəndaş aid sənəd yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1998-ci il tarixdə anadan olmuş X5 xx.xx.1999-cu il tarixdə ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1998-ci il tarixdə anadan olmuş X5 xx.xx.1999-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1998-ci il tarixdə anadan olmuş X5 xx.xx.1999-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar