Məhkəmə qərarları › İş №2(125)-6196/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6196/2025

08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6196/2025 08.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X29 Şakir oğlunun sədrliyi, X10 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin halları:

1. Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü ildə anadan olmuş X6 xx.xx.1983-cü ildə, xx.xx.1985-ci ildə anadan olmuş X7 isə xx.xx.1985-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Cavadbəy Rəfibəyli küçəsi, 8-Q saylı ev əri X3 adınadır. Bunu AR ƏMDKY Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 03988213 nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən Çıxarış bilavasitə təsdiq edir. Qeyd olunan mülkə o, gəlin gələrək rəhmətlik əri ilə birgə idarə etmiş və hal-hazıradək rəsmi pasport qeydiyyatında olmaqla yaşayır. X1 xx.xx.2025-ci ildə rəhmətə getmişdir. Bu səbəbdən o, sözügedən mülkü vərəsəlik etmək məqsədi ilə Gəncə şəhər 2 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisindən ona məktub verərək, 3 saylı Ərazi İdarəsindən mülkün ölmüş şəxsə məxsus olması haqqında arayış alınmasını bildirmişlər. Həmin məktubla o, qeyd olunan arayışı almışdır. Lakin, bundan sonra notariat ofisi ona vərəsəlik işinin davam etməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, onların 5 övladı anadan olmuş və onların hamısı qeydiyyat informasiya sistemində qeydə alınmışdır. Onlardan xx.xx.1983-cü ildə anadan olmuş X15 xx.xx.1983-cü ildə, xx.xx.1985-ci ildə anadan olmuş X16 isə xx.xx.1985-ci ildə vəfat etmişlər. Yəni cəmi 5 ay keçdikdən sonra rəhmətə getmişlər. Bir neçə aylıq olduqları üçün onlara məzarda qurulmamış, bir qəbrin alt hissəsində bastırılmışlar. Həmçinin həmin iki övladının ölümü ilə bağlı ölüm şəhadətnaməsi də bir neçə aylıq olduqları üçün alınmamışdır. Belə ki, Maraqlı şəxs “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm aktı qeydi aşkar edilməmişdir. Həmin Şöbənin xx.xx.2015-ci il tarixli, 3-16-5/8-15-2905 nömrəli imtina məktubunda ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qohumlar və qonşular həmin bir neçə aylıq övladının vəfat etmələri barədə məhkəmədə izahat verə bilərlər. Qeyd etdiyi kimi, ərindən miras qalmış mülkü qəbul edərək, mirasın saxlanmasını təmin etmiş, bütün kommunal və digər xərcləri ödəmiş, lakin faktiki olaraq ölmüş övladlarının ölüm haqqında şəhadətnamələri olmadığı üçün notariat qaydasında vərəsəlik hüququnu rəsmiləşdirə bilmir. Məhkəmə icraatı iştirakçıları:

3. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin nümayəndəsi Ağca Hüseynova məhkəməyə məktub göndərərək, məhkəmə iclasında iştirakının iş yükünün çoxluğuna görə imkan xaricində olduğunu, iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri:

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Ərizəçi onun xalası qızıdır. Ərizəçinin xx.xx.1983-cü il tarixdə Nailə, xx.xx.1985-ci il tarixdə isə Nigar adlı uşaqları doğulmuş, Nailə xx.xx.1983-cü il tarixdə, Nigar isə xx.xx.1985-ci il tarixdə vəfat etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi qızıdır. Ərizəçi 5 övladı dünyaya gəlmiş, onlardan Nailə xx.xx.1983-cü il tarixdə, Nigar isə xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Nailə və Nigar vəfat edən zaman körpə olmuşlar. Onları dəfn etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş;

7. İİİ-JQ seriyalı, 364204 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 arasında nikah 11 sentyabr 1982-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 sentyabr 1982-ci il tarixdə 1068 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Rəfiyev”, arvada “Rəfiyeva” soyadı verilmişdir.

8. Xİİ-MY seriyalı, 561237 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 21 iyun 2025-ci il tarixdə ölmüşdür. Ölüm yeri – Rusiya Federasiyası, Moskva vilayəti, Vidnoye şəhəri, Drojjino ş.t.q. Bu haqda 2025-ci ilin iyul ayının 22 günündə ********************4 nömrəli ölüm haqqında akt qeydi tərtib olmuşdur.

9. MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********95-10302 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs 30 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-15-2905 nömrəli məktubunda Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 17 sentyabr 2025-ci il tarixli, 05/09İS/1091146-25 nömrəli məktubundan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X9 aid xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:

1. əri (arvadı) Ərizəçi (xx.xx.1958)

2. oğlu X17 (xx.xx.1986)

3. qızı X13 (xx.xx.1987)

4. oğlu X18 (xx.xx.1991)

12. İX-JQ seriyalı, 372934 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 11 iyul 1983-cü il tarixdə doğulmuşdur. Atası: X12, anası: Ərizəçidır.

13. X-JQ seriyalı, 480599 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 20 iyun 1985-ci il tarixdə doğulmuşdur. Atası: X12, anası: Ərizəçidır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 24 noyabr 2025-ci il tarixli, 05/09İS/141918-25 nömrəli məktubundan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:

1. əri X12 (xx.xx.1958) (xx.xx.2025-ci ildə vəfat edib)

2. qızı X15 (xx.xx.1983)

3. qızı X16 (xx.xx.1985)

4. oğlu X17 (xx.xx.1986)

5. qızı X13 (xx.xx.1987)

6. oğlu X18 (xx.xx.1991) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

15. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1983-cü il təvəllüdlü X15 xx.xx.1983-cü il tarixdə, xx.xx.1985-ci il təvəllüdlü X16 isə xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamələrin olmamasını əsas gətirərək X15 və X7 ölüm haqqında şəhadətnamələrinin verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktların müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır.

18. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

21. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1983-cü il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixdə, xx.xx.1985-ci il təvəllüdlü X7 isə xx.xx.1985-ci il tarixdə vəfat etmələri (ölmələri) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X15 və X7 vəfat etmələri (ölmələri) faktı müəyyən edilməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixdə vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. xx.xx.1985-ci il təvəllüdlü X7 xx.xx.1985-ci il tarixdə vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar