Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6250/2025 09.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Atatürk prospekti, ev 39, mənzil 5də qeydiyyatda olan xx.xx.1960-cı il təvəllüdlü anası X10 xx.xx.2025-ci il tarixdə saat 14:21-də Abbas Səhhət küçəsində “Tural Şadlıq” sarayın yaxınlığında zibil qutuları əlində zibil vedrəsi apararkən zibil qutularına tökən zaman anidən kürəyi üstə yerə yıxılmış və ətrafa vətəndaşlar toplaşmışdır. Bundan sonra anasının iş yoldaşı təcili tibbi yardıma və ona zəng etmişdir. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gəldikdə anası X5 ilkin tibbi müdaxilələr etmələrinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmamışdır. X2 Şəhidlər xiyabanı adlanan qəbiristanlığında dəfn ediblər. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Gəncə şəhər Qeydiyyat Şöhbəsinə müraciət etsədə ona ölüm qeydi aparılmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadı və bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Məhkəmə iclasında ərizəçi ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallaında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Maraqlı şəxsnə daxil olmuş “X4 xx.xx.2025-ci ildə vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə” ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə əsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin ılmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, AZ-İİ 543703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi atası X7, anası X8r. İş materiallarında olan Gəncə şəhər prokurorluğu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli qərarla rədd edilmişdir. Həmin qərardan görünür ki, xx.xx.1960-cı ild təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında yaşamış X10 xx.xx.2025-ci il tarixdə öz əcəli ilə vəfat etmişdir. Onun ölümü ilə bağlı heç bir şikayət və tələb yoxdur. İş materillarında olanAZE seriyalı, 17680842 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X3 şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, ev 39, mənzil 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Respublika Təcili və X9” mərkəzi Gəncə TTTYS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1975 nömrəli məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:21-də “Tural” şadlıq sarayı ünvana xx.xx.1960-cı il təvəllüdlü X10 adına çağırış olub. Çağırış yerinə gələn TTTYS-nın çağırışçı həkimə qədər Aybəniz Məmmədova ölüb. Bu hadisə barədə polis əməkdaşlarına məlumat verilib. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum anası xx.xx.1960-cı il təvəllüdlü X5 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-6250/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6250/2025
09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver