Məhkəmə qərarları › İş №2(125)-6263/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6263/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6263/2023 15.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, uşağı - xx.xx.1994-cü il təvəllüdlü X4 xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X9 xx.xx.1994-cü il tarixdə doğulmuşdur, atası – X16, anası - Ərizəçidır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, o X8 ilə 25 aprel 1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.1989-cu il təvəllüdlü X11, xx.xx.1994-cü il təvəllüdlü X9, xx.xx.1995-ci il təvəllüdlü X12 və xx.xx.1998-ci il təvəllüdlü X14 adlı dörd övladları doğulmuşdur. Doğulduğu gündən bəri xəstə olan övladları Gövhər cəmi 3 ay yaşamış, xx.xx.1994-cü il tarixdə xəstəlik səbəbindən ölmüşdür. Onu həmin gün xəstəxanaya aparsalar da, artıq gec idi. O, körpə uşaq olduğundan onun ölümü ilə bağlı xəstəxanadan ölüm haqqında tibbi arayış almamış, qeydiyyat şöbəsinə məlumat verməmişlər. X8 isə xx.xx.2015-ci il tarixdə “qəfləti koronar ölüm” səbəbindən ölmüş, onun ölümündən sonra bəzi sənədlərin düzəldilməsinə ehtiyac yaranmışdır. Mərhum qızı X6 dair ölüm haqqında şəhadətnamə olmadığından bu sənədlərin alınmasında çətinlik çəkir. xx.xx.1994-cü il təvəllüdlü övladı X6 ölüm haqqında şəhadətnamə almaq üçün müvafiq olaraq Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, qeydiyyat şöbəsinə ölümü təsdiq edən, tibb müəssisəsi tərəfindən verilməli olan tibb şəhadətnaməsini təqdim edə bilmədiyindən Gövhərin adına ölüm haqqında şəhadətnamə ala bilmir. Bu səbəbdən də xx.xx.1994-cü il təvəllüdlü qızı X4 həqiqətən də xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır, uşaq xəstə idi, çox yaşamadı, ev şəraitində öldü, uşağı o, Gəncə şəhərində dəfn etmişdi. X1 ifadəsində bildirdi ki, ərizəçinin qardaşının yoldaşıdır. Baldızı ilə qardaşının nikahından Gövhər adlı uşaqları xx.xx.1994-cü il tarixdə doğulmuşdu, xəstə olduğundan təxminən 3 aydan sonra Gəncə şəhərində vəfat etmişdi. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin, onun nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1994-cü il tarixdə doğulmuş X4 xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində ev şəraitində ölməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-13-1384/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbindən onun ölümünün qeydə alınmasından imtina edilmişdir. 25 aprel 1987-ci il tarixli, nikahın bağlanması haqqında akt qeydləri kitabında 268 nömrə ilə qeydə alınmış nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 ilə Ərizəçi arasında nikah bağlanmışdır. Gəncə şəhər Kəpəz rayon VVAQ şöbəsi tərəfindən 16 mart 1994-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 10 mart 1994-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. X5, anası Ərizəçidır. AZ-İ 743964 nömrəli, Gəncə şəhər ASAN xidmət Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2015-ci il tarixdə, Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X17 18-1-37/3-109/2023 nömrəli cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü X2 və X7 stansiyasında qeydiyyatda deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1994-cü il təvəllüdlü X9 ərizəçinin uşağıdır və o, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X4 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum ərinin miras əmlakı üzrə sənədlərin hazırlanması üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə doğulmuş X4 xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar