Məhkəmə qərarları › İş №2(125)-6398/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6398/2025

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6398/2025 13.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 dekabr 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş övladı X1 21 iyun 1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, İsrail Yusifov ilə evlənib ailə qurmuşlar. Onunla birgə nikahlarından uşaqları anadan olmuşdur. 14 dekabr 1988-ci ildə uşaqları X3 anadan olmuşdur. Uşağa doğum haqqında sənəd almışlar. X9 doğumundan sonra 10 il yaşamışdır. Qızının doğum haqqında şəhadətnaməsi mövcud olsa da, ona ölümündən sonra qeydiyyat aparılmamış və ölüm haqqında sənəd verilməmişdir. X9 21 iyun 1998-ci ldə vəfat etmişdir. Qızı vəfat etdikdən sonra Tovuz rayonu Alakol kənd qəbiristanlığında dəfn olunmuşdur. Qəbirdaşı qoyulmuşdur. Buna baxmayaraq Tovuz rayon qeydiyyat şöbəsində qeydiyyat aparılmamışdır. Sonradan ona və ailəsinə bəlli olmuşdur ki, bu barədə qeydiyyat aparılmamışdır. Ərindən miras əmlakla bağlı o notariat orqanına müraciət etdikdə ona bildirilmişdir ki, qızının ölümü qeydə alınmamışdır. Ona görə də mərhum qızı X1 ölüm haqqında sənədi də lazımdır. Məhkəmədə Ərizəçi iştirak etmiş, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Tovuz regional “ASAN xidmət” mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 ifadə verərək, göstərmişdir ki, xx.xx.1988-ci il tarixdə anadan olmuş X3 onun bacısıdır. Bacısı uzun müddət xəstə olmuşdur. Bu səbəbdən də ölmüşdür. Məhkəmənin əvvəlki iclasında şahid X2 ifadə verərək, göstərmişdir ki, Ərizəçi ilə qonşu olmuşdur. Bildirmişdir ki, rəhmətə gedən uşaq həqiqətəndə olub həyatda, 10 yaşı təxmini olardı öləndə. Öz gözləri ilə görmüşdür uşağı. Onun yadındadır ki, uşağın meyidini aparıb Tovuz rayonunda dəfn etmişlər. Məhkəmə Ərizəçi izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, anası Ərizəçi, atası X5r. Qeyd edilən sübutdan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X1 anasıdır və hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İşdə olan Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən X1 ölümünün dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinizə cavab olaraq bildirilmişdir ki, Gəncə şəhərində xx.xx.1988-ci il tarixində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 21,10.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, X1 barəsində ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Beləliklə, məhkəmədə iclasında ərizəçinin izahatı, ifadə vermiş şahidlərin ifadəsini və iş materialları ilə təsdiq olundu ki, Ərizəçi övladı-xx.xx.1988-ci il tarixdə anadan olmuş X3 21 iyun 1998-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilən qanun normalarına görə ərizənin təmin olunması üçün əsaslar vardır. Ona görə də məhkəmə belə qərara gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 21 iyun 1998-ci il tarixdə Gəncə şəhərində ölməsi fakt kimi müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar