Məhkəmə qərarları › İş №2(125)-6404/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6404/2025

02.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6404/2025 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 2 saylı Gəncə Regional "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçi (maraqlı şəxs 2 saylı Gəncə Regional "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş və xx.xx.1991-ci il tarixində Gəncə şəhərində ev şəraitində vəfat etmiş X3 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin mahiyyəti: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, vəfat etmiş X3 bibisinin qızıdır. Anası, onun bacısı və qardaşları vəfat etdikdən sonra onlardan qalan mülkü vərəsəlik qaydasında qəbul etmək üçün notariat kontoruna müraciət etmişdir. Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu hər bir vərəsə qoyanın ailə tərkibi haqqında arayış təqdim edilməsini tələb etmişdir. Dayısı və onun ailə üzvləri vəfat etdiyindən ailə tərkibi haqqında arayışın təqdim edilməsi üçün notariat kontoru tərərfindən Qeydiyyat şöbəsinə sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq, Qeydiyyat Şöbəsi tərəfindən dayısının xx.xx.1991-ci il təvəllüdlü qızı X3 olduğu bildirilmişdir. Bu hal tam şəkildə vərəsəliyi qəbul etməkdə ona çətinlik yaratmışdır. Bu səbəbdən də, Qeydiyyat şöbəsinə dayısı qızı X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə ərizə ilə müraciət etmiş, Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli məktub ilə ərizəyə cavab vermişdir. Həmin məktubda ərizə ilə əlaqədar avtomatlaşdırılmış elektron informasiya sisteminin və Qeydiyyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitablarının yoxlanıldığı, lakin X3 ölümü haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Həmçinin bildirilmişdir ki, tibbi şəhadətnamə olmadıqda ölüm faktının müəyyən edilməsi üçün tərəfindən məhkəməyə müraciət edilməlidir. Bundan başqa, Gəncə şəhər Birləşmiş Xəstəxanasına dayısı qızı X3 ölümü haqqında arayışın təqdim olunması barədə ərizə ilə müraciət etmiş, lakin Gəncə şəhər Birləşmiş Xəstəxanası xx.xx.2025-ci il tarixli məktub ilə ərizəyə imtina edilməsi barədə cavab verilmişdir. Qeyd edir ki, dayısı qızı X9 xx.xx.1991-ci ildə ev şəraitində vəfat etmişdir. Anası və dayısının bildirdiyi üzrə müsəlman adət-ənənəsinə uyğun olaraq 40 günü tamam olmamış uşağa qəbir üstü daşı yığılmırdı, bu səbəbdən də həmin uşaq nənəsi Zümrüd Məmmədovanın qəbrinin ayaq tərəfində basdırılmışdır (faktla bağlı şahidlər var/foto şəkillər əlavə olunmuşdur).Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçıların izahatları: Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi X7 çıxışında ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edən ərizəçi çıxışında bildirmişdir ki, mərhum Məmmədova Ayşə onun dayısı qızıdır. Dayısı və dayısının yoldaşı vəfat etdiyindən onlardan qalan mirası vərəsəlik qaydasında qəbul etmək üçün notariat ofisinə müraciət etmiş, lakin, dayısının qızı Ayşə Məmmədovanın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün mirası qəbul etməkdə çətinlik çəkir. Bu səbəblə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X12 çıxışında bildirdi ki, ərizəçi onun bacısıdır. Məmmədova Ayşə isə dayısının qızıdır. Ayşə Məmmədova 1991-ci ildə doğulmuş , doğulduqdan sora 40-cı gününə 1 gün qalmış ölmüşdür. Ölüm səbəbini isə bilmir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, ərizəçi onun xalası qızıdır. Məmmədova Ayşə isə onun dayı Cəbrayılın qızı idi. Dayısı Cəbrayılın qızı-Məmmədova Ayşə 1991-ci ildə Novruz bayramı ərəfəsində ölmüşdür. Ölümündən sonra nənəsinin qəbrinin ayaq ucunda basdırılmışdır. Dəfnində də şəxsən iştirak etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - 02.06.1956-cı il tarixli, 101684 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 11 may 1956-cı ildə doğulmuşdur. X26 Ağa kişi oğlu, anası X13r. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı X29 Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən sorğuya verilmiş cavab məktubundan görünür ki, X10 13 iyul 1950-ci ildə doğulmuşdur. X26 Ağa kişi oğlu, anası X13r. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-15-2558 nömrəli, 01 sentyabr 2025-ci il tarixli məktubunda Ərizəçi X3 ölüm haqqında şəhadətnaməsinin istənilməsi barədə ərizəsinə baxılmış və avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X3 ölüm haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Bu səbəblə yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-12-2583/2025 nömrəli, 03 sentyabr 2025-ci il tarixli məktubunda bildirmişdir ki, xx.xx.1950-ci ildə Gəncə şəhərində doğulmuş və xx.xx.2005-ci ildə vəfat etmiş X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ailə üzvləri barəsində xx.xx.2025ci ilədək yoxlama aparılmış, aşağıdakı məlumatlar aşkar olunmuşdur:

1. X31 Ağa Kişi-xx.xx.1956-cı ildə vəfat edib.

2. Ana X27 xx.xx.1966-cı ildə vəfat edib.

3. X22 Ziyad xx.xx.1959-xx.xx.2025-ci ildə vəfat edib.

4. X1 xx.xx.1991 - 18.12.1982-ci il tarixli, 486880 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1982-ci ildə doğulmuşdur. X4, anası X8r. - xx.xx.2005-ci il tarixli, AZ- İ seriyalı, 112644 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 fevral 2005-ci ildə beyin ödemindən ölmüşdür. - 03.06.2025-ci il tarixli, AZ- İİ seriyalı, 497598 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2025-ci ildə süd vəzisinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsindən ölmüşdür. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli, 18-1-37/2- N-xx-xx/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarın 4.3 və 5.3-cü bəndinə əsasən “ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən 11 fevral 1991-ci il təvəllüdlü X6 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edildiyi bildirilmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə ərizəçinin və şahidlərin izahatını dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1991-ci il təvəllüdlü X9 xx.xx.1991ci il tarixdə vəfat etmişdir. Bu hal tədqiq edilən sübutlarla tamamilə təsdiq edilir. Lakin, müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X3 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyrimümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1991-ci il təvəllüdlü X3 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X3 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X3 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar