Məhkəmə qərarları › İş №2(125)-6480/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6480/2025

07.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6480/2025 07.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, ərizəçi X6 iştirakı ilə, X6 Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Vüsal Rüfət oğluna qarşı tərəflər arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin «birgə ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması»na dair hissəsinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X11 ərizəni müdafiə edərək bildirdi ki, o, Maraqlı şəxs ilə 2019-cu il tarixdə ailə münasibətlərinə daxil olmuşlar və onların birgə ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə anadan olmuş X12 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X10 anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə Mediasiya Təşkilatında birgə ailə münasibətlərindən anadan olmuş uşaqların yaşayış yerinin müəyyən edilməsi və alimentə dair onların aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən uşaqların analarının himayəsində qalmalarına hər iki tərəf razı olmuşlar. Eyni zamanda Maraqlı şəxs X11 ilə birgə ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin X8 ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin bu öhdəliyi yerinə yetirməmiş, uşaqların saxlanması üçün ona maddi və mənəvi hər hansı dəstək göstərməmişdir. Buna görə də qeyd edilən barışıq sazişinin alimentə dair hissədə icraya yönəldilməsində zərurət yaranmışdır. X3 ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə görə məhkəməyə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 434913 nömrəli doğum haqqında şəhadətnamənin və AZ-İV seriyalı 650956 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 atası Maraqlı şəxs, anası isə X9r. İşdə olan X11 və Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs X11 ilə birgə nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin hər ayın 5-i ata Maraqlı şəxs məxsus əmək haqqı kartından tutulmaqla X8 məxsus bank kartına köçürülməsi öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və barışıq sazişinin həmin hissəsi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X6 ərizəsi təmin edilsin. X11 və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: «Maraqlı şəxs X11 ilə birgə nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin hər ayın 5-i ata Maraqlı şəxs məxsus əmək haqqı kartından tutulmaqla X8 məxsus bank kartına köçürülməsi öhdəliyini öz üzərinə götürdü». Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar