Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6484/2024 27.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1946-cıil tarixdə Ermənistan, Krasnoselo rayonunda anadan olmuş X6 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X8 onun atasıdır. Mərhum atası X8 bacısı X7 ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. O isə ailəsilə birlikdə Bakı şəhərində yaşayır. Mərhum atası X8 1946-cı il təvəllüdlü olmuş, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Mərhum atası X8 1946-cı il təvəllüdlü olmuş, rəsmi olaraq heç bir yerdə işləməmişdir. X1 2023-cü ilin iyul ayının 26-da vəfat etmiş, anasının vəfatından sonra atası dərin depressiya keçirmişdir, anasının ölümü ilə heç cür barışa bilməmişdir. Anasının vəfatından sonra atası dəfələrlə bacısına yaşamaq istəmədiyini, arvadının yanına getmək istədiyini bildirmişdir. X9 vəfatından sonra mərhum atası X8 dərin depressiya keçirmiş, keçirdiyi depressiv vəziyyətlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən özünü asaraq intihar etmişdir. Atası intihar edən zaman Bakı şəhərində olmuşdur, atasının ölümü ilə əlaqədar heç kimdən şikayəti və ya tələbi olmadığını bildirərək bununla əlaqədar şəhər prokurorluğunda aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Gəncə şəhər prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X5 xx.xx.2024-cü il tarixli qərarı ilə mərhum atası X6 intihar etməsində hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mərhum atası X8 xx.xx.2024-cü tarixdə Gəncə şəhərində İmamzadə qəbiristanlığında dəfn edilmişdir. Mərhum atası X6 ölümünə dair sənəd almaq üçün Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və oradan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi" X18 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X18 TTTYS mərkəzinə müraciət etsə də, oradan da ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də məcbur olub ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- İ-ZJ 331036 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 nikahları xx.xx.1971-ci ildə Ağbulaq kənd sovetində 8 nömrə ilə qeydə alınmışdır. AZ-T 104810 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci ildə anadan olmuş Ərizəçi ata qrafasında X8, ana qrafasında isə X2 qeyd olunmuşdur. AZ-İİ 443402 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə ölmüşdür. “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi" PHŞ “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X17 TTTYS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2088 nömrəli məlumat vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:25-də X6 adına çağırış olmuş, “Mexaniki Asfiksiya. Asılma” diaqnozu qoyularaq həkimə qədər ölümü müəyyən edilmiş və polisə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə özünü asaraq intihar etməsində cinayət hadisəsinin tərkib əlamətləri olmadığından həmin fakta görə toplanmış 499-c-24 (24-3-2-2-415-0575) nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” X18 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ Şıxzamanlı Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 113 nömrəli arayışdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04/2345 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2024-cü ildə Tatlı qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X6 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin atası X8 xx.xx.2024-cü il tarixdə intihar etmişdir. Ərizəçinin atası X6 ölümü ilə bağlı tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin atası X8 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1946-cı ildə anadan olmuş X6 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6484/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6484/2024
27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver