Məhkəmə qərarları › İş №2(125)-6485/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6485/2025

10.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6485/2025 10.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1910-cu il təvəllüdlü nənəsi X3 xx.xx.1966-cı il tarixdə Bərdə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, anası X4 xx.xx.2024-cü ildə vəfat etmiş, ondan ünvan 1 ünvanda yerləşən ev miras qalmışdır. Vərəsəlik şəhadətnaməsi almaq üçün 1 saylı Gəncə Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, anasının valideynlərinin də ölüm şəhadətnaməsi tələb olunur. Lakin məsələ burasındadır ki, anasının anası, yəni nənəsi X3 ölüm haqqında şəhadətnaməsi tapılmamışdır.. Ölüm şəhadətnaməsinin alınması barədə Qeydiyyat şöbəsinə müraciət etmiş, orada imtina məktubu vermişlər. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, mərhum anası X6 1910-cu ildə anadan olmuş, xx.xx.1966-cı ildə Bərdə rayonunda vəfat etmişdir. Anası vəfat edən zaman onun 13 yaşı olmuşdur. Anası Bərdə rayonunda İmamzadə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, mərhum Şahsənəm Nağıyeva onun nənəsidir. O, 1956-cı ildə anadan olmuşdur. Nəvələrinn içərisində ən böyüyüdür. X8 18 yanvar 1966-cı ildə vəfat etmişdir. O da böyüklərlə birlikdə dəfndə iştirak etmişdir. İşdə olan АЗ seriyalı 397439 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 iyul 1949-cu il tarixdə Bərdə rayonunda doğulmuşdur. Ana qrafasında X6 qeyd edilmişdr. Xİİ seriyalı, 265489 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü Ərizəçi anası X2r. 1 saylı Gəncə ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin 27 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-70-N734/2025 nömrəli məktubunundan görünür ki, “X1 Sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqına akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin 1910-cu ildə anadan olmuş X3 18 yanvar 1966cı il tarixdə ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, 1910-cu ildə anadan olmuş X3 18 yanvar 1966-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçinın ərizəsi təmin edilsin. X.X.1910-cu ildə anadan olmuş X3 18 yanvar 1966-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar