Məhkəmə qərarları › İş №2(125)-6494/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6494/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6494/2025 10.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi qızı X3 xx.xx.1991-ci il tarixində Gəncə şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi ərizənin dəqiqləşdiriləsinə dair ərizə təqdim edərək X3 xx.xx.1991-ci il tarixində Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1991-ci il tarixdə onun X7 adlı uşağı anadan olmuş, lakin doğullarkən səhətində problemlər olmuşdur. X7 1 ay yaşadıqdan sonra xx.xx.1991-i il tarixdə ölmüşdür. X1 ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamış, sonradan mərhum arvadı X11 adına qalan əmlaka dair sənədləşmə işləri apararkən mərhum qızının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bundan sonra o, 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək, X3 ölümünün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmasını xahiş etmişdir. Lakin həmin şəxsin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş ərizəsində maraqlı şəxsin nümayəndəsi A.A.Hüseynova məhkəmə iclasını maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı X12 əridir. Həmin şəxslərin birgə nikahlarından Natiq, Sevinc, Aynur və digər adını xatırlamadığı bir uşağı olmuşdur. Ərizəçi ilə X12 vəfat etmiş övladlarının cənazəsini görmüş və dəfn mərasimində iştirak etmişdir. Həmin uşaq 1991-ci ilin dekabr ayında Ərizəçi və D.H.Əliyevanın əvvəllər yaşadıqları Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən evdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Ərizəçi və mərhum X16 ilə nikaha girmişlər.Həmin şəxslərin birgə nikahlarından dörd uşaqları olmuşdur. Onlardan bir nəfər qız uşağı doğulduğu vaxtdan qısa müddət sonra vəfat etmişdir və ölümünün səbəbi bilinməmişdir. Ərizəçi və D.H.Əliyeva həmin vaxt Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngəyə yerləşən fərdi yaşayaış evində yaşamışlar. O, uşağın dəfnində iştirak etmiş və onun cənazəsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır və mərhum X16 ilə nikaha girmişdir. Həmin şəxslərin birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Həmin uşaqlardan 1 qız uşağı doğulduqdan qısa bir müddət sonra vəfat etmişdir. Belə ki, həmin uşağın adını xatırlamasa da 1991-ci ilin qış aylarında Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngədə yerləşən fərdi yaşayış evində ölməsini dəqiq xatırlayır. O, həmin uşağın cənazəsini görmüş və dəfnində iştirak etmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı 381023 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X16 arasında olan nikah xx.xx.1990-cı il tarixdə qeydə alınmışdır. İşdə olan Xİİİ-ЖГ seriyalı 424918 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-ci il tarixdə anadan olmuş X5 atası Ərizəçi, anası isə X13r. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, 2987 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X3 atası Ərizəçi, anası X13r. İşdə olan XİX-ЖГ seriyalı 352519 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə anadan olmuş X4 atası Ərizəçi, anası isə X13r. İş materiallarında olan XX-ЖГ seriyalı 390332 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş X8 atası Ərizəçi, anası isə X13r. İşdə olan AZ-İİ seriyalı 480853 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/124547-25 nömrəli arayışdan görünür ki, 11.301.1972-ci il təvəllüdlü xx.xx.2025-ci il tarixdə vəfat etmiş X12 əri xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi, qızı xx.xx.1990-cı il təvəllüdlü X2, qızı xx.xx.1991-ci il təvəllüdlü X7, qızı xx.xx.1995-ci il təvəllüdlü X9 və oğlu xx.xx.1997-ci il təvəllüdlü X10r. İşdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11-1828/25 nömrəli məktubdan görünür ki, yoxlama nəticəsində X7 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq «Elektron məhkəmə» informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi ərazi bölmələrini idarəetmə birliyi» X27 «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X27 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-37/2-Ə-498-xx-xx/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X3 xx.xx.1991-ci ildə vəfat etməsi ərizədə bildirilmişdir. Bununla bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi xahiş edilmişdir. Lakin ölüm səbəbi diaqnoz olaraq təyin edilə bilmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamələrinin verilməsi imkan xaricindədir. Bununla bağlı fakt təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyə edilir. Belə ki, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin «Qayda»nın 4-ci bəndində «ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. «Ölüm haqqında tibbi şəhadətnamə» mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 4.3-ci maddəsinə əsasən tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında «ölüm haqqında tibbi şəhadətnamə» patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Həmçinin həmin Qaydaların 5.3-ci bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Odur ki, «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli «İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 və 5.3-ci bəndinə əsasən» ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən xx.xx.1991-ci il təvəllüdlü X3 xx.xx.1991-ci ildə vəfat etməsi ilə bağlı ölüm haqqında tibbi şəhadətnamələrinin verilməsinə imtina edilir. İşdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5/8-13-176 nömrəli məktubdan görünür ki, X7 barəsində vətəndaşlıq vəziyyəti aktlarının informasiya bazasında nikah, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1991-ci il tarixdə anadan olmuş X3 xx.xx.1991-ci il tarixdə ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X3 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X3 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar