Məhkəmə qərarları › İş №2(125)-6498/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6498/2023

07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6498/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun X3 01 avqust 1997-ci il tarixdə keçirdiyi xəstəlikdən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, mərhum X5 ilə 1967-ci ildə el adəti üzrə evlənmişlər, nikahlarını isə 1982-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 3 (üç) uşaqları anadan olmuşdur. Onun mərhum X5 xəstə olmuş, müalicə olunmaq üçün Gəncədən Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan qardaşı X2 evinə getmişdir. X5 xx.xx.1997-ci il tarixdə Qaradağ rayon Lökbatan qəsəbəsində qardaşı X2 evində vəfat etmişdir. X3 vəfat etməsinə qardaşı X4 və bacısı X7 şahiddir. xx.xx.1997-ci il tarixdə X3 Qaradağ rayon Lökbatan qəsəbəsinin qəbirstanlığında dəfn edilmişdir. Lakin həmin vaxt onlar mərhum X5na ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda mərhum X3 ölüm haqqında şəhadətnaməsi ona lazımdır. Onun ölüm haqqında şəhadətnaməsinin olmaması ona hər hansı bir sənədin alınmasında çox çətinlik yaradır. Buna görə də, nümayəndəsi olaraq qızı Nümayəndə atası mərhum X6 ölüm haqqında şəhadətnaməsini əldə etmək məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, şöbədən mərhum əri Səməd Nəbiyevin ölümü haqqında həkimin tibbi şəhadətnaməsi təqdim edilmədiyindən ölüm şəhadətnaməsinin verilməsinin mümkün olmadığını və məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Mərhum X5nu Lökbatan qəbirstanlığında dəfn etmişlər. Mərhum X21in adına ölüm haqqında şəhadətnaməsini məhkəmədən kənar qaydada əldə edə bilmədiyindən ərinin vəfat etmə faktının müəyyən edilməsi məqsədi ilə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, X3 01 avqust 1997-ci il tarixdə keçirdiyi xəstəlikdən vəfat etməsi (ölməsi) faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı ərizəçinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, X14 onun qardaşı olmuşdur. Ermənistanda olan vaxtdan onun mədəsində xəstəlik olmuşdur. Qardaşı xəstəlikdən onun yaşadığı Lökbatan qəsəbəsi, Şəbiyev küçəsi ev 13, 19 saylı mənzildə ölmüş və Lökbatan qəbiristanlığında dəfn edilmişdir. Lakin həmin dövrdə heç kimə müraciət edə bilməmişlər. Məhkəmə baxışı zamanı ərizəçinin vəsatəti əsasında dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, X14 onun yeznəsi olmuş, Lökbatanda qardaşının yaşadığı evdə Lökbatan qəsəbəsi, Şəbiyev küçəsi ev 13, mənzil 19 ünvanında xəstəlikdən vəfat etmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X11 xx.xx.1982-ci ildə nikah bağlamışlar. Nikahdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “X17” X20 xx.xx.2023-cü il tarixli 18-1-14/2-517/2023 saylı məktubundan görünür ki, X6 1997-ci il tarixdə xəstəxanada qeydiyyata alınması və müalicə alıb-almaması bağlı heç bir sənəd mövcud deyil. İşdə olan Qaradağ Rayon Lök-Batan bələdiyyəsi 02/564 28 iyul 2023-cü il tarixli arayışdan görünür ki, mərhum X14 həqiqətən xx.xx.1997-ci il tarixdə Lökbatan qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Baş daşının şəklindən görünür ki, mərhum X14 1942-ci ildə anadan olmuş, xx.xx.1997-ci il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-131211 saylı məktubdan görünür ki, X6 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, iş materialları ilə təsdiq olundu ki, ərizəçinin X5 xx.xx.1997-ci il tarixdə Qaradağ Rayonu Lökbatan qəsəbəsində vəfat etmişdir. Ərizəçi X3 01 avqust 1997-ci il tarixdə keçirdiyi xəstəlikdən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, X1 xəstəlik barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin X3 xx.xx.1997-ci il tarixdə Qaradağ Rayonu Lökbatan qəsəbəsində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X6 xx.xx.1997-ci il tarixdə Qaradağ Rayonu Lökbatan qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar