Məhkəmə qərarları › İş №2(125)-6569/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6569/2023

13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6569/2023 13.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X3nun xx.xx.1968-ci il tarixdə keçirtdiyi xəstəlikdən vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin X3nun xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, mərhum X8 ərizəçinin babasıdır. Yəni mərhum atası X9 atasıdır. X3 xx.xx.1968-cildə Gəncə şəhərində vəfat etmişdir. Onu Gəncə şəhəri Səbzikar qəbirstanlığında dəfn etmişdirlər. Lakin həmin vaxt mərhum X3na ölüm haqqında şəhadətnamə alınmamışdır.Ərizəçinin doğulduğu və hal-hazırda yaşadığı Gəncə şəhəri, Şeyx Bəhaddin küçəsində yerləşən ev 1938-ci ildə aparılmış inventarlaşdırma zamanı X3nun və qardaşı X2 istifadəsində olmuşdur. Həmin evi sənədləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə müraciət etmiş və evi sənədləşdirmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə lazım olduğunu bildirmişlər. Bununla bağlı Notariat Ofisinə və Qeydiyyat şöbəsinə müraciət etmişdir. Sənədlərin bir çoxunu əldə etsə də lakin X3nun ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Həmin şəxsin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Vəkil ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, mərhum X8 onun əri Məhəmmədəlinin yaxın qohumu olmuşdur. Onlar ailəvi dost olmuş və birbirlərini tez-tez ziyarət etmişlər. Xatırladığı qədərlə X8 1960-cı illərin sonuna yaxın vəfat etmişdir. O, X4 dəfn mərasimində və 40 mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, mərhum X8 onun babası ilə əmioğlu olmuşdur və münasibətləri yaxşı olmuşdur. Onun təxminə 20 yaşı olanda 28 avqust 1968-ci ildə X8 vəfat etmişdir. O, X4 yas mərasimlərində iştirak etmişdir və mərhumu köhnə Səbzkar adlanan yerdə dəfn etmişlər. İş materiallarında olan Vİ-ЖГ seriyalı 265687 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olmuşdur. Ərizəçi atası X11, anası isə X5r. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1168(779)/4 nömrəli doğum akt qeydi haqqında arxiv arayışından görünür ki,X11 1921-ci il tarixdə doğulmuşdur, atası X8, anası X10r. İş materiallarında olan Gəncə şəhəri "xxxx" MMC tərəfindən verilmi. xx.xx.2023-cü il tarixli, 23 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1968-ci il tarixdə 1 nömrəli qəbirstanlıqda dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.1978-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-1520/2023 nömrəli məktubdan görünür ki, X3nun barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********10 nömrəli məktubundan görünür ki, 1938-ci ildə aparılmış inventarlaşdırma zamanı Kirovabad şəhəri, Karl Marks küçəsi, 9 saylı fərdi yaşayış evinin X4 və X2 istifadələrində olduğu göstərilmişdir. Hazırda ünvanı ünvan 3 reyestrində qeydiyyatdan keçməmişdir. Bu əmlakın arxiv işində təsdiq edilmiş torpaqayırma sənədləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin X3nun xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də X4 xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X4 28 avqust 1968-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar