Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6682/2025 23.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 xx.xx.1970-ci il tarixdə anadan olmuş X4 xx.xx.1970-ci il tarixdə və xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəçinin xahişini müdafiə edərək izahatında bildirdi ki, X6 ilə X9 birgə nikahlarından xx.xx.1970-ci il təvəllüdlü X10, xx.xx.1971-ci il təvəllüdlü X11 və xx.xx.1975-ci il təvəllüdlü X8 adlı üç uşaqları anadan olmuşdur. Lakin xx.xx.1970-ci il təvəllüdlü X10 xx.xx.1970-ci il tarixdə, xx.xx.1971-ci il təvəllüdlü X11 isə xx.xx.1971-ci il tarixdə vəfat etmişlər. Həmin uşaqlar vəfat etdikdən sonra Tovuz rayonu Qovlar kənd qəbirstanlığında dəfn edilmişlər. X6 ilə X16 arasında olan nikah xx.xx.1996-cı il tarixdə pozulmuş, S.C.Qurbanova isə xx.xx.2025ci il tarixdə vəfat etmişdir. Əvvəllər xx.xx.1970-ci il təvəllüdlü X4 və xx.xx.1971-ci il təvəllüdlü X5 ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamış, ona görə də ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda Ərizəçi mərhum anasından miras əmlak qalmışdır. Həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq isə bu səbəbdən mümkün deyildir. Qeydiyyat şöbəsinə müraciət edilsə də həmin şəxslərin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş ərizəsində maraqlı şəxsin nümayəndəsi Sevinc Hüseynova məhkəmə iclasını maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, X8 onun əri X12 qardaşı oğludur. O və X21 1965-ci il tarixdə nikaha girmişlər. X16 və X6 isə onlardan sonra nikaha girmiş, birgə nikahlarından iki qız və bir oğlan uşaqları doğulmuşdur. Həmin uşaqlar təxminən 2-4 ay yaşadıqdan sonra sebsisden vəfat etmişlər. O, uşaqlar vəfat etdikdən sonra X9 yaşadığı evə getmiş və uşaqların artıq dəfn olunduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, X8 onun oğludur. O, X6 ilə nikaha girmişdir. Onların birgə nikahlarından iki qız və bir oğlan uşağı doğulmuşdur. Həmin uşaqlarından qız uşaqları sebisden vəfat etmiş, hər biri cəmi 2-3 ay yaşamışlar. O, uşaqlar vəfat edərkən onları görmüş, dəfn olunmasını özü təmin etmişdir. Həmin uşaqlar vəfat edənədək ünvan 1 ünvanında yaşamışlar və Tovuz rayonunun Qovlar kəndində yerləşən qəbirstanlıqda dəfn olunmuşlar. İş materiallarında olan АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə anadan olmuş X4 atası X16, anası isə X2r. İşdə olan İ-ЖГ seriyalı 287348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 atası X16, anası isə X2r. İş materiallarında AZ-İİİ seriyalı 415119 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə anadan olmuş X3 atası X16, anası isə X2r. İşdə olan İİ-ЖГ seriyalı 275507 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X6 arasında olan nikah xx.xx.1996-cı il tarixdə pozulmuşdur. İş materiallarında olan xx.xx.2002-ci il tarixli, 20951 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X1 mülkiyyətindədir. İşdə olan AZ-İİ seriyalı 513571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon İ.H.B-nın Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, X17 və X6 ilə birgə nikahlarından xx.xx.1970-ci il tarixdə və xx.xx.1971-ci il tarixdə iki qız uşağı anadan olmuşdur. Həmin uşaqların birinə X10, digərinə X11 adları qoyulmuşdur. Lakin həmin uşaqlar xəstə olduqları üçün X10 xx.xx.1970-ci il tarixdə, X11 xx.xx.1971-ci il tarixdə vəfat etmişlər və Tovuz rayon Qovlar şəhər qəbirstanlığında dəfn edilmişdirlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-2389 nömrəli məktubun surətindən görünür ki, X4 və X5 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi ərazi bölmələrini idarəetmə birliyi» X25 «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X25 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 18-1-37/3-99/2026 nömrəli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X4 xx.xx.1970-ci ildə vəfat etməsi və xx.xx.1971-ci il təvəllüdlü X5 xx.xx.1971-ci ildə xəstəxandan kənar, yəni evdə vəfat etmələri ərizədə bildirilmişdir. Bununla bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi xahiş edilmişdir. Lakin ölüm səbəbi diaqnoz olaraq təyin edilə bilmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamələrinin verilməsi imkan xaricindədir. Bununla bağlı fakt təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyə edilir. Belə ki, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin «Qayda»nın 4-ci bəndində «ölüm haqqında tibbi şəhadətnamə»nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. «Ölüm haqqında tibbi şəhadətnamə» mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 4.3-ci maddəsinə əsasən tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında «ölüm haqqında tibbi şəhadətnamə» patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Həmçinin həmin Qaydaların 5.3-ci bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Odur ki, «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli «İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 və 5.3-ci bəndinə əsasən» ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən xx.xx.1970-ci il təvəllüdlü X4 xx.xx.1970-ci ildə vəfat etməsi və xx.xx.1971-ci il təvəllüdlü X5 xx.xx.1971-ci ildə vəfat etməsi ilə bağlı ölüm haqqında tibbi şəhadətnamələrinin verilməsinə imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1970-cı il tarixdə anadan olmuş X4 xx.xx.1970-ci il tarixdə ölməsi və xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 xx.xx.1971-ci il tarixdə ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1970-cı il tarixdə anadan olmuş X4 xx.xx.1970-ci il tarixdə ölməsi və xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 xx.xx.1971-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X3 ərizəsi təmin edilsin. xx.xx.1970-cı il tarixdə anadan olmuş X4 xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində və xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6682/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6682/2025
23.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver