Məhkəmə qərarları › İş №2(125)-669/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-669/2023

16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-669/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X5 3*.1*.1991-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 22.1*.1991 -ci il tarixdə X1* adlı övladı dünyaya gəlmişdir. Övladı 2 saylı doğum evində doğulmuş və və doğum evinin 5 saylı doğuşların qeydiyyatı jurnalında aidiyyəti qeydlər aparılmışdır. Övladı doğuşdan bir müddət sonra vəziyyəti pisləşdiyindən 3*.1*.1991-ci il tarixində X2 yerləşən 2 saylı Polikilinkaya müalicə üçün aparmışlar. Lakin, övladı X6 həkimlər tərəfindən bütün müdaxilələr edilməsinə baxmayaraq həyatda saxlamaq mümkün olmamışdır. Övladı 3*.1*.1991-ci il tarixdə vəfat etmişdir. Övladı vəfat etdikdən sonra onun ölüm haqqında şəhadətnaməsini Qeydiyyat şöbəsindən almamışlar. Həyat yoldaşı X9 27 dekabr 2*13-cü il tarixdə vəfat etmişdir. Həyat yoldaşı 2-ci qrup Qarabağ əlili olduğu üçün hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir dəfəlik ödəniş edilməsi üçün onun və övladlarının sənədlərini tələb etmişdir. O, ailə tərkibi haqqında arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmiş, oğlu 22.1*.1991 -ci il təvəllüdlü X5 doğum akt qeydi Qeydiyyat Şöbəsində mövcud olmuşdur. Lakin ölümü barədə qeyd Maraqlı şəxsndə aşkar edilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödənişin verilməsini ölüm haqqında şəhadətnamə alınanadək təxirə salmışdır. Bu səbəbdən Maraqlı şəxsnə və Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-ə oğlunun ölüm haqqında şəhadətnaməsinin və ölümü təsdiq edən arayışın verilməsi ilə bağlı müraciət etmiş, lakin hər iki orqan ona tələb olunan sənədlərin onlarda mövcud olmadığını və bu səbəbdən məhkəməyə müraciət etməyini bildirmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşuluqda yaşayır. Həqiqətən ərizəçinin 1991-ci ildə bir oğlan uşağı anadan olmuşdur. Uşağın adını Zaur qoymuşdurlar. Uşaq anadan olandan hardasa bir həftə sonra poliklinikada ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşuluqda yaşayır. Ərizəçinin 2*.1*.1991-ci ildə Abbas Səhhət xəstaxanasında bir oğlan uşağı doğulmuşdur. Uşağın adı Zaur idi. Uşaq doğulandan sonra 5 gün olardı 2 saylı poliklinikada ölmüşdür. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» PHŞ tərəfindən verilmiş 11.11.2*22-ci il tarixli, *9-688 nömrəli məktubdan görünür ki, Ərizəçi 22.1*.1991-ci ildə 2 saylı doğum evində doğuşdan azad olmuş, diri, çəkisi 32**,* qr,boyu 5* sm olan oğlan uşağı dünyaya gəlmişdir. Bu barədə 2 saylı doğum evinin 5 saylı doğuşların qeydiyatı jurnalında aidiyyəti qeydiyyatlar aparılmışdır. 25 ildən artıq müddət keçdiyini nəzərə alaraq Z.A.Hacıyevin uşaq xəstəxanasında ölüb-ölməməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. Maraqlı şəxs 11.11.2*22-ci il tarixli, *5/Q-2569/15 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X5 ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin oğlu X1* 3* oktyabr 1991-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Göründüyü kimi, ərizəçi oğlu X5 ölməsi faktını təstiq edən lazımı sənədi əldə edə bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin oğlu X5 3* oktyabr 1991-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*8, 311, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. X5 3* oktyabr 1991-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar