Məhkəmə qərarları › İş №2(125)-674/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-674/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-674/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X37 Şakir oğlunun sədrliyi, X15 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05 iyul 1959-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş X4 08 iyul 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü X12 onun atasıdır və onunla birlikdə yaşamışdır. X3 1992-ci il tarixdə vəfat etmişdir. Onun 03 bacısı var, onlardan 1981-ci il təvəllüdlü X1 yaşayır, digər iki bacısı yəni, X8 və X20 isə Gəncə şəhərində yaşayırlar. Atası intihar etməzdən əvvəlki müddətdə psixoloji problemlər yaşamış, bununla əlaqədar müalicə də qəbul etmişdir. Onun mədəsində bir qədər problemlər olduğundan və buna görə arıqladığı üçün atası çox pis olaraq anasının yanına getmək istədiyini tez-tez səsləndirmiş və özünü öldürmək və intihar etmək kimi fikirlər bildirmişdir. 08 iyul 2024-cü il tarixdə saat 01:30 radələrində yaşadığı evə gələn zaman atasının evdə betonun üzərini suladığını görmüşdür. Həmin vaxt yenə onu görüb anasının yanına getmək istədiyini, yəni ölmək istədiyini bildirmişdir. Bu vaxt spirtli içki qəbul etmişdir. Ona bacılarını evə çağırmağını bildirmiş, zəng edərək Aynurə və Turanəni çağırmışdır. Aynurə və Turanə gəldikdən sonra spirtli içki qəbul etdiyindən saat 03 radələrində bıçaq götürüb özünü öldürmək, intihar etmək istədiyini bildirmiş, lakin onun qarşısını almışlar. Bu vaxt əsəbiləşərək, xx.xx.2024-cü il tarixdə saat 04:05 radələrində onları evdən çıxardaraq, evi yandıracağını bildirmişdir. Atası Elxan bundan əvvəlki vaxtlarda da spirtli içki qəbul edən zaman onları bir neçə dəfə evdən çıxartmış, lakin sonra əməlindən peşman olaraq geri çağırmışdır. Buna görə də, yenə evdən çıxmışdır. Səhəri gün saat 16 radələrində evə qayıdan zaman evin dam hissəsində təsərrüfat təyinatlı ip ilə atasının özünü asaraq intihar etdiyini müşahidə etmişdir. Atası psixoloji problemləri ilə bağlı intihar etmişdir Atasının ölümü ilə əlaqədar heç kimdən şikayəti və ya tələbi olmadığını bildirərək bununla əlaqədar şəhər prokurorluğunda aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Gəncə şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X16 xx.xx.2024-cü il tarixli qərarı ilə mərhum atası X4 intihar etməsində hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mərhum atası X12 xx.xx.2024-cü tarixdə Gəncə şəhərində 4 nömrəli qəbiristanlıqda dəfn edilmişdir. Mərhum atası X4 ölümünə dair sənəd almaq üçün Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmiş və oradan ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X38 “Gəncə şəhər Birləşmiş Xəstəxanası”X31 müraciət etsə də oradan da ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də məcbur olub ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini, mərhum atası X4 xx.xx.2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək Maraqlı şəxs nümayəndəsinin iştirak olmadan baxılması və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; X-JQ seriyalı, 481308 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə doğulmuşdur. Atası - X12, anası - X2r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 31 oktyabr 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi, xx.xx.2010-cu il təvəllüdlü X26, xx.xx.1987-ci il təvəllüdlü X20, xx.xx.1959-cu il təvəllüdlü X12, xx.xx.1995-ci il təvəllüdlü X9, xx.xx.1982-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X5 şəhəri, Rəmziyyə Veysəlova küçəsi, ev 133 ünvanında qeydiyyatdadırlar. 24 oktyabr 2024-cü il tarixli, 2135 nömrəli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X36 TTTYS tərəfindən verilmiş məlumatdan görünür ki, 08 iyul 2024-cü il tarixdə, saat 14:40 radələrində R.Veysəlova, ev 133 ünvanına X12 adına çağırış olmuşdur. Xəstəyə həkimə qədər ölüm, intihar, özünə qəsd diaqnozu qoyulmuşdur. 31 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-70-H-3735/2024 nömrəli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X10 01 oktyabr 1992-ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1992-ci il tarixli, 677 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi kəskin ürək damar çatmamazlığıdır. Ölümün qeyd edildiyi yer Maraqlı şəxsdir. Azərbaycan Respublikası Gəncə şəhər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli, 20 nömrəli arayışdan görünür ki, həqiqətən mərhum X12 4 nömrəli qəbiristanlıqda 09 iyul 2024-cü il tarixdə dəfn olunmuşdur. Məzar daşını əks etdirən fotoşəkillərdən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X11 vəfat etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, X4 ölməsi faktı üzrə toplanmış 346-C-24 (24-3-2-2-415-0410) nömrəli materialda cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 31 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-15-2318 nömrəli məktubunda Ərizəçi hazırda X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmadığı və odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X38 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X29 31 oktyabr 2024-cü il tarixli, 18-1-37/2-H-298-xx-xx/2024 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, Gəncə Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Rəmziyə Veysəlova 133 ünvanında yaşadığı evin dam hissəsində taxta mildən təsərrüfat təyinatlı ip ilə boyun nahiyəsindən özünü asaraq intihar etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 bəndinə əsasən “ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, 05 iyul 1959-cu il təvəllüdlü X12 08 iyul 2024-cü il tarixdə həkimə qədər ölüm, intihar, özünə qəsd nəticəsində ölmüş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 18 iyul 2024-cü il tarixli qərara əsasən toplanmış 346-C-24 (24-3- 2-2-415-0410) nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X4 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1959-cu il təvəllüdlü X4 08 iyul 2024-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X4 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar