Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-675/2025 03.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi və onun vəkili X2 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, babası X5 1947-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası Eyvazov Sərdar (Rəsul) Ənvər oğlu 1947ci ildə rəhmətə gedib. O Gəncə şəhərində ‘‘Səbiskar’' adlanan qəbristanlıqda dəfn edilmişdir. Babasının ölümünə dair akt qeydi aparılmadığı üçün bu gün onun ölümünə dair qeydiyyat idarəsindən arayış ala bilmir. Babasının ölümünə dair qeydiyyat idarəsində akt qeydiyyatı aparılmadığı üçün qanun üzrə vərəsə kimi babası Eyvazov Sərdar (Rəsul) Ənvər oğlunun adına olan mülkü adına keçirə bilmir. Ona görə də məhkəmə qaydası ilə babası Eyvazov Sərdar (Rəsul) Ənvər oğlunun 1947-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Babası "Səbiskar" qəbristanlığında basdırılsada onun qəbrinin yerləşdiyi yer yola düşdüyü üçün qəbristaqlıqda babasının və yola düşən digər qəbrlər dağıdılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X11 xx.xx.1974-cü ildə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 613.2 kv.m torpaq sahəsinə dair 21 yanvar 1963-cü il tarixli Torpaq qeydi X6 adına işlənilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 11 yanvar 1979-cu il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X5 adına qeyd edilmişdir. Fərdi yaşayış evi liter “A”-da ümumi sahəsi 170.6 kv.m (tikildiyi il 1941-1958), yerləşdiyi torpaq sahəsi 613.0 kv.m olmuşdur. 1988-ci ildə aparılmış inventarizasiya işləri zamanı fərdi yaşayış evi X5 istifadəsində göstərilmiş fərdi yaşayış evi ümumi sahəsi 177.4 kv. m. yaşayış sahəsi 92.8 kv. m-dən, dörd yaşayış otağından ibarət olmuşdur. Fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Kirovabad ZAQS tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi atası X11, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası X17 filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X17 filialında mühafizə olunan Gəncə Şəhər Nikah evi və Stalin Rayon Vətəndaşlıq X1 Şöbəsi arxiv fondlarının 1946-1947-ci illər üzrə mövcud ölüm aktlarının qeydləri yoxlanılmış, Eyvazov Sərdar (Rəsul) Ənvər oğlunun ölüm aktının qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «1948-ci ildə vəfat etmiş X5 ölüm haqqında şəhadətnamənin istənilməsi barədə» ərizəyə baxılmışdır. Ərizə ilə əlaqədar avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X5 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası X17 filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Kirovobad şəhərində anadan olmuş xx.xx.1932-ci il təvəllüdlü Rəsulov Ənvərin atası X12, anası X8r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Qail əmisinin oğludur, münasibətləri yaxşıdır. Aqilin atası X11 olub. Ənvər 1974-cü ildə vəfat etmişdir. Ənvər Rəsulovun atası X13 idi. Onlar doğma əmi uşaqlarıdırlar. Sərdar Eyvazov təxmini 1947-1948-ci illərdə vəfat etmişdir. Anasının, atasının bu barədə danışdıqlarından ölüm tarixini təxmini bilir. Babasının vəfat etdiyi ay və günü dəqiq bilmir. X18 vəfat etmişdir, “Səbiskar” qəbristanlığında dəfn olunmuşdur. Atasının babasının adı Rəsul idi, ona görə babasının bəzi övladları Eyvazov, bəzi övladları Rəsulov soyadını daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Aqil atasının bibisinin nəvəsidir, Aqillə münasibətləri yaxşıdır. Aqilin atası X11 idi. Ənvərin atası X13 olub. Anasının dediklərinə əsasən Sərdar 1946-1948-ci illərdə vəfat etmişdir. Sərdar Gəncə şəhərində vəfat etmişdir. “Səbiskar” qəbristanlığında dəfn olunmuşdur. Rəsulov və Eyvazov soyadlarının səbəbini dəqiq bilmir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X5 1947-ci il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi babası olduğunu bildirdiyi X9 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.1947-ci il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 xx.xx.1947-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-675/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-675/2025
03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver